Icma.az
close
up
RU
Andican Dövlət Texniki İnstitutunun nümayəndə heyəti BMU da olub

Andican Dövlət Texniki İnstitutunun nümayəndə heyəti BMU da olub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Özbəkistanın nüfuzlu ali təhsil müəssisələrindən olan Andican Dövlət Texniki İnstitutunun (ADTİ) nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, qonaqlarla görüşən BMU rektoru Yaqub Piriyev Azərbaycan ilə Özbəkistan xalqları arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrindən söz açıb. Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə strateji tərəfdaşlıq və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edən mühüm addımları önə çəkən rektor səmimi, isti münasibətlərin iki ölkənin təhsil və elmi sahədə əməkdaşlığına geniş imkanlar yaratdığını vurğulayıb.

Yaqub Piriyev BMU-nun son illərdə güclənən beynəlxalq əlaqələrinə, nüfuzlu reytinqlərdə irəliləməsinə toxunub, həmçinin Cənubi Koreya və Çin universitetləri ilə birgə ikili diplom proqramlarının uğurla icra olunduğunu diqqətə çatdırıb. Rektor universitetin beynəlxalq əməkdaşlıq strategiyasında Mərkəzi Asiyanın qabaqcıl ali məktəblərinə önəm verildiyini deyərək bu ilin mayında Andican şəhərində Birinci Rektorlar Forumu çərçivəsində BMU ilə Özbəkistanın 3 universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsini xatırladıb. Onlardan biri kimi ADTİ ilə əlaqələrin dərinləşdirilməsi istiqamətində atılan konkret addımları müsbət qiymətləndirib.

ADTİ-nin nümayəndələri təmsil etdikləri ali məktəb haqqında geniş təqdimatla çıxış ediblər. Qeyd olunub ki, BMU ilə birgə keçirilən və noyabrın 24-dək davam edəcək peşəkar təcrübə proqramı iki universitet arasında əlaqələrin inkişafına daha geniş imkanlar açacaq. Proqrama əsasən, ADTİ nümayəndələrinin BMU-da mühazirələr təqdim edəcəyi, tədris metodikası və akademik idarəetmə sahəsində təcrübə mübadiləsinin aparılacağı, habelə bu proqramın mühəndislik təhsilinin inkişafına, tədris prosesinin təkmilləşdirilməsinə, eləcə də elmi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi vurğulanıb.

Sonra iki ali məktəb arasında elm və təhsil sahəsi üzrə əməkdaşlığın inkişafını nəzərdə tutan 2025-2030-cu illər üzrə yol xəritəsindən irəli gələn məsələlər müzakirə edilib. Eyni zamanda, birgə tədris proqramları, tələbə-müəllim mübadiləsi, elmi layihələrin icrası və texnoloji təşəbbüslərin inkişafı ilə bağlı əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində Özbəkistan nümayəndə heyətinin BMU-nun fakültələri, laboratoriyaları ilə tanış olması, habelə tədris metodlarının təkmilləşdirilməsi, mühəndislik, nəqliyyat logistikası və akademik idarəetmə sahələrində əməkdaşlığın gücləndirilməsi yönündə birgə işin aparılması nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri