Icma.az
close
up
RU
Vinsan Bezomb: Aveyronda Fransanın azadlığı uğrunda yüzlərlə azərbaycanlı əsgər həlak olub

Vinsan Bezomb: Aveyronda Fransanın azadlığı uğrunda yüzlərlə azərbaycanlı əsgər həlak olub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rodez, 20 may, AZƏRTAC

Aveyron departamentində Müqavimət Hərəkatında bir çox qrup olub. Maki (maquis) adlanan bu qruplara azərbaycanlı əsgərlər də qoşulublar və onlarla birlikdə azadlıq uğrunda mübarizə aparıblar.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Souvenir Français” təşkilatının Rodez şəhəri üzrə komitəsinin prezidenti Vənsan Bezomb Rodezin azadlığı uğrunda mübarizə aparmış azərbaycanlı əsgərlərin xatirəsinin yad edildiyi tədbirdə deyib.

“Təəssüf olsun ki, azərbaycanlı əsgərlərin sayı dəqiq bilinmir, ancaq onlar Aveyron partizan hərəkatına qoşulublar. Onlardan bəziləri həlak olub, ancaq adları bilinmədiyi üçün naməlum qəbirlərdə uyuyurlar. Bəzilərinin isə burada gördüyünüz kimi qəribləri var.

Azərbaycanlı əsgərlər Aveyronun, eləcə də Fransanın azadlığı uğrunda həlak olublar. 1944-cü ilin yayında Aveyrona gətirilən azərbaycanlı əsgərlərin sayı məlumdur və bu, təxminən 1000-1200 nəfər hesab olunur. Ancaq onlardan nə qədərinin partizanlara qoşulduğu məlum deyil. Çünki Müqavimət Hərəkatı gizli ordu kimi idi və ona görə də dəqiq rəqəmlər, dəqiq adlar bilinmir. Nasistlərin repressiyasından qurtulmaq üçün hər şey gizli saxlanılırdı. Azərbaycanlı əsgərlərlə bağlı əsas çətinlik də məhz budur. Onların sayı, adları haqqında dəqiq məlumat yoxdur.

Ancaq dəqiqi odur ki, 1944-cü il avqustun 17-də beş azərbaycanlı əsgər Rodezdə nasistlər tərəfindən güllələnib. Nasistlərin kazarmalarında 60 azərbaycanlı əsgər işgəncə ilə, əl-ayaqları kəsilərək şikəst edilib, öldürülüb”, - deyə V.Bezomb Aveyron departamentinə yüzlərlə azərbaycanlı əsir gətirildiyini və onların Fransanın azadlığı uğrunda mübarizədə qəhrəmanlıqla həlak olduqlarını bildirib.

Qeyd edək ki, Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı partizanlar İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı mübarizədə mühüm rol oynamış qəhrəmanlar arasında yer alırlar. Nasistlər tərəfindən əsir götürüldükdən sonra Fransaya aparılmış azərbaycanlı əsgərlər Fransa Müqavimət Hərəkatına qoşularaq, azadlıq uğrunda savaşan partizanlar kimi tarixə düşüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri