Icma.az
close
up
RU
Aveyron departamentində faşistlərin əsir tutub gətirdiyi yüzlərlə azərbaycanlı Fransanın azadlığı uğrunda mübarizə aparıb

Aveyron departamentində faşistlərin əsir tutub gətirdiyi yüzlərlə azərbaycanlı Fransanın azadlığı uğrunda mübarizə aparıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Rodez, 19 may, AZƏRTAC

Azərbaycanın Fransadakı Səfirliyi artıq bir neçə ildir ki, Avropada, xüsusilə də, Fransada fransızlarla birlikdə faşistlərə qarşı mübarizə aparmış azərbaycanlı əsgərlərin taleyi ilə bağlı araşdırma aparır. Fransanın azadlığı uğrunda mübarizə aparmış Əhmədiyyə Cəbrayılov kimi bir çox əfsanəvi qəhrəmanlarımız haqqında məlumatlar geniş ictimaiyyətə məlumdur. Ancaq belə qəhrəmanlarımızın sayı bildiyimizdən də çoxdur, minlərlədir.

Bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AZƏRTAC-a müsahibəsində deyib. Bildirib ki, səfirliyin nümayəndələri Fransanın Aveyron departamentinin Rodez şəhərindədir. Rodez uğrunda yüzlərlə azərbaycanlı əsgər Müqavimət Hərəkatı sıralarında faşistlərə qarşı mübarizə aparıb: ”1944-cü il avqustun 17-də alman faşistləri tərəfindən 30 azərbaycanlının güllənləndiyi yerdəyik. Əslində onlar 31 nəfər olublar, ancaq bir nəfər qaçıb özünü qurtara bilib. Fransız tarixçi, eləcə də İkinci Dünya müharibəsində Fransa uğrunda həlak olanların (fransızlar, eləcə də digər ölkələrdən olan insanlar) xatirəsini ehtiramla yad etmək üçün yaradılmış “Souvenir Français” təşkilatının Rodez şəhəri üzrə komitəsinin prezidenti Vensan Bezombun arxiv araşdırmaları nəticəsində məlum olur ki, avqustun 17-də güllələnmiş 30 nəfərlə bərabər, ertəsi gün güllələnmiş 2 azərbaycanlının da qəbri burda aşkarlanıb. V. Bezobun araşdırmalarından o da məlum olur ki, Aveyron departamentində faşistlərin əsir tutub gətirdiyi 1200 azərbaycanlı bu departamentin azadlığı uğrunda mübarizə aparıblar”.

Leyla Abdullayeva deyib ki, belə araşdırmaların, xüsusilə də, Fransa arxivlərində və fransız tarixçiləri tərəfindən davam etdirilməsi çox vacibdir: ”Azərbaycanlı qəhrəmanların öz Vətənlərindən uzaqlarda, Fransa kimi bir ölkədə, bu ölkənin azadlığı uğrunda faşizmə qarşı mübarizə aparmasının öyrənilməsi və gələcək nəsillərə aşılanması və ötürülməsi çox önəmlidir. Bir azərbaycanlı kimi hər birimizin borcudur”.

Şəhla Ağalarova

Xüsusi müxbir

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri