Icma.az
close
up
RU
Virusların qorxulu yuxusu Antioksidant tərkibli 5 meyvə

Virusların qorxulu yuxusu Antioksidant tərkibli 5 meyvə

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

C vitamini immun sistemini gücləndirən, dəri sağlamlığını yaxşılaşdıran və ümumi sağlamlığı dəstəkləyən ən təsirli antioksidantlardan biridir. Vücudumuz tərəfindən istehsal edilmədiyi üçün onu yalnız qida vasitəsilə əldə edə bilərik. Ən yaxşı mənbələri isə təzə meyvələrdir. C vitamini ilə zəngin meyvələr bədənimizi sərbəst radikallardan qoruyaraq hüceyrələrimizi gücləndirir və xəstələnməyin qarşısını alır.

Portağal - C vitamini dedikdə ağla ilk gələn meyvədir. Bir ədəd portağal gündəlik C vitamini ehtiyacınızı qarşılayır. Antioksidant xüsusiyyətləri ilə immun sistemini gücləndirir. Portağal qan dövranını tənzimləyir və həm də çox dadlıdır.

Qreyfurt - yüksək C vitamini ehtiva edir. Az kalorili olması və metabolizmanı sürətləndirməsi ilə pəhriz edənlərin dostudur. Bununla yanaşı, bədənin toksinlərdən təmizlənməsinə kömək edir və qan şəkərini tənzimləyir.

Kiv - kiçik ölçüsünə baxmayaraq vitamin mənbəyidir. Bir kivi gündəlik C vitamini ehtiyacınızı ikiqat qarşılayır. Lif və E vitamini ilə zəngin olan kivi həzmi dəstəkləyir, dəri sağlamlığını qoruyur və yuxu nizamını tənzimləyir.

Çiyələk - həm dadlıdır, həm də C vitamini ilə zəngindir. İltihaba qarşı faydalıdır. Çiyələk uzun müddət istifadə edildikdə dəridəki ləkələri azaldır, ürək sağlamlığını dəstəkləyir və xərçəng riskini azaldır.

Ananas - tropikal C vitamini mənbəyidir və bədənin immun sistemini gücləndirən bromelain enzimi ilə məşhurdur. İltihabları azaldır, sümük sağlamlığını dəstəkləyir və yaraların sürətli sağalmasına kömək edir. Onun təravətli və şirin dadı hər mövsüm masalarımıza rəng qatır.

C vitamini çatışmazlığı, immunitet sisteminin zəifləməsinə və dəri sağlamlığının pisləşməsinə səbəb ola bilər. Buna görə də, portağal, kivi, çiyələk, ananas kimi meyvələri müntəzəm olaraq istehlak etmək, sağlamlığınıza yatırım etmək üçün vacibdir.

İsmayıl
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Noyabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri