Icma.az
close
up
RU

Vitamin çatışmazlığını aradan qaldıracaq təbii vasitələr XALQ TƏBABƏTİ

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vitamin çatışmazlığı bir çox xəstəliklərə səbəb ola bilər. Xalq təbabətində orqanizmi müxtəlif vitaminlərlə təmin etmək üçün bir sıra üsullar məsləhət görülür.

Onlardan bəziləri aşağıdakı kimidir: 

A vitamini ilə zəngin olduğu üçün balıq yağı avitaminoza qarşı tətbiq edilə bilər. Çaytikanı toxumlarında A və E vitamini vardır. Avitaminoz zamanı cır limon və çiyələk işlətmək faydalıdır. Feyxoa bitkisinin meyvələrindən alınan təzə şirə skorbut xəstəliyinin müalicəsində ən yaxşı dərmandır. Gicitken bitkisi C, B1, B2, K vitaminləri ilə zəngin olduğu üçün avitaminoz zamanı onun yarpağının bişirməsi və dəmləməsi müsbət təsir göstərir. Limon C və P vitaminləri ilə zəngindir. Novruzgülü bitkisinin yarpağında və itburnu meyvəsində C vitamini, qarğıdalı saçaqlarında isə C vitamini ilə yanaşı K vitamini də vardır. C vitamini dazıotu bitkisində, portağalda, qaragilədə, yetişməmiş qozda, qırmızı çuğundurda, narda, soğanda, şaftalıda, acı istiotda, yazın ilk aylarında toplanmış şam ağacı tumurcuqlarında və başqa meyvələrdə çoxdur. Ona görə də həmin məhsullar skorbutda, hemofliyada, uşaqlıq qanaxmalarında, infeksion xəstəliklərdə, zəhərlənmələrdə, ümumi bədən zəifliyində müvəffəqiyyətlə tətbiq edilə bilər. D vitamini raxit və sümük boşluğu xəstəliyinin qarşısını alır. Həmin vitamin balıq yağında, yumurta sarısında, balıq kürüsündə, süddə, düyüdə və s.- də daha çoxdur. K vitamini qanaxmaların qarşısını alır. O, kahida, ispanaqda, gicitkəndə özünü göstərir. P vitamini kapilyar damarlardan qanın sızmasına maneçilik göstərir. İtburnu meyvəsi, limon, qaragilə, yetişməmiş qoz, çay yarpaqları bu vitaminlə zengindir. E vitamini sonsuzluğun və hamiləliyin pozulmasının qarşısını alır. O, abortlarda, vaxtından əvvəl törənən doğuşlarda, sonsuzluqda, hamiləliyin toksikozlarında, uşaqlıq qanaxmalarında işlədilir. Bu vitamin buğdada, qarğıdalıda, süddə, donuz yağında, göyərtidə daha çoxdur. B, vitamini beri-beri (polinevrit) xəstəliyində, mədə-bağırsaq, ürək- damar, dəri xəstəliklərində və müxtəlif ağrılarda işlədilir. Həmin vitamin pivə mayasında, düyü kəpəyində, buğdada, çovdarda, noxudda, qaraciyərdə, yumurta sarısında, süddə daha çoxdur. B, vitamini süddə, yumurtada, qaraciyərdə, böyrəkdə, əzələdə daha çox müşahidə olunur. Bu vitamin dəri xəstəliklərində, konyuktivitlərdə, stomatitlərdə, nevrasteniyada və s. işlədilir. B, vitamini (pridoksin) donli bitkilərdə, kartofda, ətdə, balıqda, süddə qaraciyərdə, pivə mayasında daha çoxdur. B6 vitamini maddələr mübadiləsinin tənzimində iştirak etməklə, ürək-damar və sinir siteminə, qaraciyərə müsbət təsir edir. Be vitamini (Fol turşusu) təzə göyərtidə, kələmdə, yerkökündə, ispanaqda qaraciyərdə və böyrəkdə olur. Ondan anemiyalarda, xroniki mədə- bağırsaq xəstəliklərində istifadə olunur. C vitamini ilə zəngin olan bitkilərdən biri də soğandır. PP vitamini (nikotin turşusu) qaraciyərdə, böyrəklərdə, əzələdə, süddə, pivə mayasında, tərəvəzdə olur. PP vitamini pellaqra və psixozlarda, damar spazmalarında, xora xəstəliklərində, qurğuşun, benzol, arsen, civə ilə zəhərlənmələrdə tətbiq edilir. İtburnuda çoxlu C. B, K vitaminləri, toxumlarında isə E vitamini vardır. Küncütün tərkibində F vitamini olur Quşarmudu (üvez) meyvəsinin dəmləməsi vitaminli içki hesab olunur. Bu bitkinin meyvəsindən skorbut xəstəliyində istifadə etmək olar. Vitamin azlığı nəticəsində diş ətində baş verən xəstəliyə (sinqa) qarşı soğan əsas vasitələrdəndir. Eyni məqsədlə çiy kartof da çox faydalı təsir göstərir. İstifadə qaydası: Kartofun qabığını soyduqdan sonra sürtgəcdən keçirməli. Gündə 2-3 dafə 1 çay qaşığı kütləni bir neçə dəqiqə ağızda saxlamalı. Avitaminoz zamanı itburnu meyvəsi ilə birlikdə qarğıdalının qurudulmuş meyvəsindən çay kimi dəmləyib içmək yaxşı təsir edir. Avitaminozda alma ağacının təzə yarpaqlarından dəmləmə şəklində istifadə etmək olar. Almanın təzə meyvəsi və yarpağı C, B, PP vitaminləri ilə zəngindir. Albalı deserti avitaminoza qarşı istifadə edilə bilər. Düyü B, E, D vitaminləri ilə çox zəngindir.

Sevinc Hüseynova 

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri