Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Qızılın SON qiyməti

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Vitamin çatışmazlığını necə müəyyən etmək olar?

Vitamin çatışmazlığını necə müəyyən etmək olar?

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova: “Vitaminlər və minerallar qida zəncirində əvəzolunmaz yerə sahibdirlər”.

Lent.az bu müsahibəni sizə təqdim edir:

- Bildiyiniz kimi, valideynləri ən çox narahat edən mövzulardan biri vitamin çatıșmazlığıdır. Aynur xanım, vitamin və minerallar bizə nə üçün bu qədər vacibdir?

- İnsan orqanizmi hər gün dəri, əzələ və sümük toxuması sintez edir. Zəngin qırmızı qan yaradaraq, orqan və toxumalar oksigen və qidalı mühitlə təmin olunur. Sinir impulslar vasitəsilə beyinə informasiya göndərərək, orqanların normal funksiyasını həyata keçirir. Orqanizm qida ilə aldığı bütün maddələri tikinti materialı və enerji mənbəyi kimi istifadə edir. Bu proses həyat sürdükcə davam edir. Mübadilə prosesi iki istiqamətdə gedir - anabolik və katabolik. Anabolik tip mübadilədə daha sadə komponentlər birləşərək, mürəkkəb molekullar yaradır və həmin birləşmələr hüceyrənin tikintisində istifadə olunur. Məsələn, aminturşular birləşərək, zülal yaradır. Katabolik tip mübadilə isə, əksinə, daha mürəkkəb birləşmələrini parçalayaraq, enerji mənbəyi kimi orqanizmi təmin edir. Bu iki reaksiya müştərək işləyir, yəni orqanizm eyni anda həm parçalayır, həm də yenidən yaradır. Bu yenidənqurma işlərində istifadə olunan məhsulların bəziləri orqanizm özündən sərf etsə də, bir qrupunu mütləq şəkildə ətraf mühitdən almalıdır.
Uşaqlarda anabolik tip mübadilə üstünlük təşkil edir. Uşaq orqanizmi dayanmadan yeni birləşmələr yaradır. Boy artımı, beyin inkişafı, hormonal təkamül prosesləri və s. amillər hələ tam formalaşmamış gənc orqanizm üçün dayanmadan tikinti materialı, köməkçi vasitələr, o cümlədən də vitaminləri tələb edir. Bu səbəbdən də, biz uşaqlarda vitamin və mineral balansını qorumağa çalışırıq.

- Hansı vitaminlər uşaq orqanizmi üçün daha faydalıdır?

- Vitaminlər yaşam üçün lazım olan kimyəvi birləşmələrdir. Vitaminlər və minerallar qida zəncirində əvəzolunmaz yerə sahibdirlər.
2 qrup vitaminlər var: suda və yağda həll olan vitaminlər. Suda həll olunanlara C, PP, H və B qrupu vitaminləri, yağda həll olunanlara isə A, K, D və E vitaminləri aiddir. Hər vitamin qrupunun öz əvəzolunmaz rolu var. C vitamini bir çox həyati vacib mübadilə proseslərində iştirak edir və güclü antioksidantdır. Bu vitamin birləşdirici toxuma, kollagen sintezini və qan damar divarının möhkəmliyini təmin edir. Ətraf mühitin əlverişsiz şəraitinə qarşı immun sistemin müqavimətini artırır. B qrupu vitaminləri sinir sisteminin möhkəmlənməsi, mielinizasiyası və maddələr mübadiləsində iştirak edir. Ayrıca B12 vitamini sümük iliyi səviyyəsində qırmızı qan hüceylərinin yaranmasında iştirak edən vacib faktordur. D vitamini sümüklərin formalaşmasında və Ca mübadiləsi üçün vacibdir. K vitamini qaraciyərdə sintez olunan laxtalanma amillərinin sintezində iştirak edən əsas vasitəçidir. A vitamini gözün və dərinin formalaşmasında iştirak edir, həmçinin antioksidantdır.
Eyni zamanda, bəzi vitaminlər hormonal balansı da tənzimləyir. Bütövlükdə, vitaminlərin orqanizm üçün rolu əvəzsizdir. Minerallarla birlikdə onlar bir çox proseslərin gedişatına təsir göstərir.

- Uşaqlarda vitamin çatışmazlığını necə müəyyənləşdirmək və nələrə diqqət etmək lazımdır?

- Uşaqlarda vitamin çatışmazlığı xarici və daxili amillərdən asılıdır. Xarici amil, qida vasitəsilə vitamin təminatının pozulmasıdır. Südəmər dövrdə əlavə qidaların gec başlanması, daha çox karbohidrat və şəkərlə zəngin qidaların qəbulu, ət məhsullarının kasadlığı, qidanın həddən artıq qaynadılması səbəbindən tərkibinin pozulması və s. amillər vitamin çatmamazlığına yol aça bilər.
Daxili amillərə isə bu və ya digər səbəbdən vitaminlərin orqanizm tərəfindən düzgün mənimsənilməməsidir. Bu, ya mədə-bağırsaq traktının hər hansı xəstəlikləri və ya hüceyrə səviyyəsində mineral mübadilənin pozulmasıdır.

- Mədə-bağırsaq traktının xəstəlikləri dedikdə nəyi nəzərdə tutursunuz?

- Mədə dibində B12 vitaminin sovrulmasını təmin edən xüsusi maddə sintez olunur. Əgər mədə xorası və ya qastrit varsa, həmin zülalın sintezi azalır. Bu da, B12 vitaminin çatışmazlığına gətirib çıxarır. Bununla belə, B12 vitamininin depolaşmaq xüsusiyyəti var və bu depo ən azı 5 il orqanizmi təmin edəcək. Digər tərəfdən, mədə turşuluğunun azalması da bir çox vitaminin sovrulmasını ləngidir. Öd yollarının xəstəliklərində ödün qatılaşması və kifayət qədər ödün sintez olunmaması, qaraciyərin finksiyasının, bu da yağda həll olan vitaminlərin sovrulmasının pozulmasına səbəb olur.

- Qurd xəstəlikləri də vitamin çatışmazlığına səbəb olur?

- Qeyd etmək istərdim ki, lyamblya törədicilərinin xüsusiyyəti bağırsaq xovlarını zədələməkdir. Bütün qidalı elementlərin bağırsaq xovlarından sovrulduğunu nəzərə alsaq, bu halda zədə almış bağırsaq heç bir işə yaramır. Yəni, uşaq nə qədər zəngin qida alırsa alsın, vitamin və mineralların sovrulması pozulur. Digər tərəfdən, qurd invaziyaları da canlı orqanizm olduğuna görə lazımı qidalı mühiti özünün çoxalması üçün sərf edir.

- Vitamin çatıșmazlığı özünü necə büruzə verir?

- Bəzən yüngül gedişatlı vitamin çatıșmazlığı dəqiq diaqnoz qoymağa müəyyən çətinlik yaradır. Bu zaman aparıcı sindromu nəzərə alıb, anamnez və laborator müayinələrdən sonra nəticə əldə etmək lazımdır. Məsələn, B12 vitamini qanyaranmada iştirak edir. Əgər bizə qanazlığı ilə uşaq müraciət edibsə, biz həmçinin dəmir çatışmazlığı da nəzərə almalıyıq. Bu halda, bizim ilk addımımız qanda B12 ilə yanaşı, dəmirin səviyyəsini də yoxlamaq və ondan sonra anamnezdə mədə ilə bağlı şikayətlərin varlığını araşdırmaq olacaq.
Adətən yüngül gedişatlı hipovitaminozlar özünü anemiya, yorğunluq və halsızlıq, görmənin zəifləməsi, yaddaş zəifliyi, dermatit, mədə-bağırsaq funksiyasının pozulması kimi əlamətlərlə büruzə verir. Ağır formalı hipovitaminozlara diaqnoz qoymaq çətinlik törətmir, çünki hər birinin spesifik kliniki gedişatı var.

- Hipovitaminozu necə müalicə etmək olar?

- Yay aylarında, bütün meyvə və tərəvəzlərin yetişdiyi bir dövrdə süni yolla vitamin qəbul edilməsi məqsədəuyğun deyil. Meyvə və tərəvəzlərin düzgün istifadəsi bağırsaqların da funksiyasını təmin edəcək. Lakin qida qəbulu zamanı onun necə, harada, hansı temperaturda, neçə müddət saxlanılmasının böyük əhəmiyyəti var. Həmçinin, təzə sıxılmış şirələrin saxlanılması qaydasına önəm vermək çox vacibdir. Meyvə şirəsi çıxarıldıqdan dərhal sonra içilməlidir, çünki vitaminlər həssas kimyəvi birləşmələrdir və tez parçalanmaq xüsusiyyətinə malikdirlər. Meyvə və tərəvəzlər nə qədər çox qaynadılarsa, o qədər çox tərkibi məhv olar. Bununla belə, bir neçə tərəvəz var ki, az odda qısa müddət ərzində qaynadıqda qida maddələri ilə zənginləşir. Məsələn, yerkökü az odda qısa müddətə qaynadılırsa, tərkibində beta-karotin kimi mühüm mikroelementlər əmələ gəlir. Pomidor, çuğundur, kələm, brokkoli də bu qrupa aiddir. Kiçik işləmədən sonra onların tərkibi daha xeyirli olur. Ümumiyyətlə, valideynlərə uşaqlarına hazırladığı bütün yeməkləri yavaş odda bişirmək tövsiyə olunur.

- Hansı qidalar vitaminlərlə zəngindir?

- Yerkökü, cəfəri, ispanaq, balqabaq, kələm, brokkoli və ərik Beta-karotin ilə zəngindirlər. Eyni zamanda, D vitamini ilə zəngindirlər süd, balıq yağı və qaraciyər, E vitamini ilə isə qarğıdalı, günəbaxan və çaytikanı yağları. Bundan əlavə, yaşıl yarpaqlı tərəvəzlər, ispanaq və kələm K vitamini, paxlalılar, göbələk, fındıq, yumurta, qaraciyər, balıq əti, balıq kürüsü B qrupuna aid olan vitaminlərlə zəngindirlər.

- Vitaminlər ancaq qida ilə əldə olunur, yoxsa bədən özü də onları sintez edir?

- Təəssüf ki, yalnız D vitamini, əgər zəngin günəş enerjisi olarsa, dəridə sintez olunur. Müəyyən dərəcədə A və K vitaminləri orqanizm tərəfindən sintez oluna bilər. Bu səbəbdən də, uşaqların qidalanmasına diqqət yetirilməlidir ki, onlar gündəlik rasionunda lazım olan tələbatı ala bilsinlər. Xüsusilə suda həll olan vitaminlər tez bir zamanda tükənir. Buna görə də, onların daim qəbul olunması şərtdir. Yağda həll olan vitaminlərin qaraciyərdə depolanmaq xüsusiyyəti var. Son olaraq onu qeyd edim ki, qışa yaydan zəmin yaratmağa başlayın. Səhər saatlarında günəş vannası və bol-bol meyvə-tərəvəz qəbul etməklə, uşaq orqanizmini qüvvətləndirmək olar.


 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 May 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see483

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see266

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see244

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see237

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see228

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see226

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see225

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see218

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see212

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see209

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see208

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see206

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see204

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see203

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see201

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see200

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see193

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see183

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see183

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri