Vladimir Opredelenov: Sərgidə ilk dəfə rəsm, qrafika və mozaika vahid konsepsiyada birləşdirilib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 15 aprel, AZƏRTAC
Əsas ideyamız multidisiplinar rəssam Mədinə Qasımovanın bənzərsiz yaradıcılığını nümayiş etdirməkdir. Bu yaradıcılıq həm ilham verir, həm də ətraf aləmdə yeni, yaradıcı inkişaf üçün ümid yaradır. Onun sənəti kiçik formatlardan başlayaraq şəhər məkanına, hətta virtual dünyaya qədər genişlənir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə sərginin kuratoru, Almatı İncəsənət Muzeyinin inkişafı üzrə direktoru, muzeylərdə innovasiya sahəsində ekspert Vladimir Opredelenov söyləyib.
O qeyd edib ki, bu, rəssamın Azərbaycanda keçirilən ilk sərgisidir. “Mədinə indiyədək Nyu-York, Berlin və dünyanın bir çox şəhərində müxtəlif sərgilərlə çıxış edib. Həmin layihələrdə şəhər məkanına inteqrasiya olunan işlər də təqdim olunub. Lakin bu sərginin özəlliyi ondadır ki, burada ilk dəfə rəsm, qrafika və mozaika vahid konsepsiyada birləşdirilib. Bəzən bir-birinə zidd görünən elementlərin harmoniyası tamaşaçı üçün yeni baxış imkanı yaradır.
Sərginin əsas məqsədi ənənəvi tekstil irsi ilə multidissiplinar müasir incəsənət arasında dialoqu inkişaf etdirməkdir. Ekspozisiyada rəssamın özünəməxsus vizual dili və yaradıcılıq metodunu əks etdirən əsərlər nümayiş olunur. Bu əsərlər yağlı və akril boya, mozaika, vitraj, rəqəmsal incəsənət və xalçaçılıq texnikalarında hazırlanıb”,- deyə V.Opredelenov əlavə edib.
Müxbir – Fidan Əlizadə
Fotoqraf – Səfiyar Məcnun
Baxış sayı:96
Bu xəbər 15 Aprel 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















