“Vnukovo” aeroportunda qalan vətəndaşlarımızla bağlı AZAL dan açıqlama Video
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Moskvanın “Vnukovo” Hava Limanında Bakıya uçuşlarını gözləyən azərbaycanlılar çıxılmaz vəziyyətdə qalıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə aeroportda qalan soydaşlarımız Baku.ws-ə söyləyiblər.
Onların sözlərinə görə, təyyarə reysləri ləğv olunub, aldıqları biletlər isə geri qaytarılmır: “Bizə deyirlər ki, aldığınız biletlər batır. Bizim pulumuzu da qaytarmırlar. Deyirlər yenidən bilet almalısınız. Xahiş edirik ki, bizə köməklik edilsin”.
Məsələ ilə bağlı AZAL-dan “Report”a bildirilib ki, əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” QSC Moskva istiqaməti üzrə yerinə yetirilən reyslərin icrasında müvəqqəti dəyişikliklər edib.
Məlumata əsasən, Bakı-Moskva (Vnukovo)-Bakı marşrutu üzrə J2-805 və J2-806 nömrəli reyslər ləğv olunub.
“Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə AZAL mövcud qaydalara uyğun şəkildə operativ tədbirlər görüb. Sərnişinlərə alternativ uçuş imkanları təqdim olunub, müvafiq hallarda isə biletlərin dəyəri geri qaytarılıb.
Ləğv edilmiş reyslərin sərnişinlərinin bir qismi AZAL-ın J2-809 və J2-810 nömrəli reysləri ilə təyinat məntəqəsinə daşınıb. Moskvada olan və alternativ uçuşlardan istifadə etməyən sərnişinlər üçün isə bilet vəsaitinin geri qaytarılması təmin edilib.
Yaranmış vəziyyətə görə üzr istəyir və göstərdikləri anlayışa görə sərnişinlərə təşəkkür edirik”, - açıqlamada vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 09 Yanvar 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















