Vnukovo aeroportunda dron hücumu təhlükəsi: Təyyarələrə qadağa qoyuldu
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın Moskva şəhərinin "Vnukovo" hava limanında təyyarələrin qəbuluna və uçuşuna icazə ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Rosaviasiya"nın Mətbuat Xidmətinin "Telegram" kanalında məlumat paylaşılıb.
"Vnukovo" aeroportunun fəaliyyətində Moskva vaxtı ilə saat 09:06-dan (Bakı vaxtı ilə saat 10:06-dan) etibarən müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - deyə məlumatda bildirilir.
Hava limanında "Xalça" planı tətbiq edilib. Bu qərar mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.
Məhdudiyyətlərin dron hücumları təhlükəsi ilə bağlı olduğu güman edilir.

Moskvanın Vnukovo hava limanı PUA hücumu təhlükəsi ilə əlaqədar bağlanıb
04 May 2025 10:51
Vnukovo hava limanı bağlandı
04 May 2025 10:48
İnsanlar niyə təyyarələrə soldan minirlər?
28 Fevral 2025 00:12
İstanbulda zəlzələ: təyyarələrə enişə icazə verilmədi
26 Aprel 2025 01:40
Mülki təyyarələrə hərbi hücumlar: 100 illik STATİSTİKA
05 Fevral 2025 15:03

