Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Volkan Konak ölümündən əvvəl İmamoğlu haqda nə deyib? VİDEO

Volkan Konak ölümündən əvvəl İmamoğlu haqda nə deyib? VİDEO

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur sənətçisi Volkan Konak Şimali Kiprdə konsert zamanı vəfat edib.

Globalinfo.az Volkan Konakın dosyesini təqdim edir:

Volkan Konak 27 fevral 1967-ci ildə Trabzonun Maçka rayonunda anadan olub. Qara dəniz musiqisi ilə məşhurlaşan sənətçi güclü səsi, poetik mahnı sözləri və müasir aranjimanları ilə Türkiyənin ən sevilən sənətçilərindən birinə çevrilib.

O doğulub böyüdüyü Maçkada uşaqlıq illərini keçirib. Orta məktəbi bitirdikdən sonra İstanbula gedib və İstanbul Texniki Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasından məzun olub.

1980-ci illərin sonlarında peşəkar musiqi karyerasına addım atan Konak, 1989-cu ildə ilk albomu “Suların Horon Yeri” ilə musiqi dünyasına daxil olub. Bu albom Qara dəniz musiqisinin ənənəvi quruluşunu müasir aranjimanlarla birləşdirən bir iş kimi diqqət çəkib. Lakin onun böyük çıxışı 1993-cü ildə yayımladığı “Efulim” albomu ilə baş verib. Bu albomdakı “Cerrahpaşa”, “Efulim” və “Mimoza Çiçeğim” kimi mahnılar sənətçinin geniş dinləyici kütləsinə çatmasını təmin edib.

Onun mahnılarında, çıxışlarında və bədii kimliyində Qara dənizin təsiri açıq şəkildə görünür. Ənənəvi Qara dəniz musiqisini müasir üslubla birləşdirərək geniş kütlələrə çatdırıb. Buna görə də Türkiyənin şimalında yerləşən Qara dəniz bölgəsinin bir təmsilçisi kimi “Kuzeyin Oğlu” (Şimalın Oğlu) ləqəbi ilə anılıb.

“Kuzeyin Oğlu” ləqəbi Volkan Konakın doğma torpaqlarına olan bağlılığını və incəsənətində Qara dəniz ruhunu yaşatmasını ifadə edir. Bu ad onun Qara dəniz musiqisinin ən önəmli nümayəndələrindən biri olduğunu vurğulayır.

Bu ləqəblə televiziya proqramları da hazırlayıb. Xüsusilə, 2021-ci ildə Star TV-də yayımlanan “Kuzeyin Oğlu Volkan Konak” proqramı böyük maraq doğurub. Bu verilişdə musiqi, incəsənət və söhbətlərə yer verərək geniş bir tamaşaçı kütləsinə xitab edib.

Volkan Konak son sosial media paylaşımında həbs olunan İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğluna dəstəyini vurğulamışdı. Konak İmamoğluna qarşı aparılan əməliyyatla bağlı “Əkrəm başqana siyasətdə qaydalara zidd hərəkət edənlər utansın” demişdi.

O, İmamoğlunun həbsi ilə bağlı sosial media hesabında bu ifadələri işlətmişdi:

“Əziz dostum Əkrəm İmamoğlu futbol oynayanda belə həmişə qapıçı olurdu. Niyə? Komanda yoldaşlarına arxasını çevirməmək üçün. O, ömrü boyu centlmenliyindən və nəcibliyindən vaz keçmədi. Əkrəm başqana siyasətdə qaydalara zidd hərəkət edənlər utansın. O, mənim üçün hər zaman dəyərli bir dost olaraq qalacaq və həmişə yanında olacağam”.

V.Konakın səhnədə Türkiyənin qurucusu Mustafa Kamal Atatürk haqqında söylədiyi sözlər pərəstişkarları tərəfindən təkrar-təkrar paylaşılıb. Böyük maraqla qarşılanmışdı.

Volkan Konakın vəfatından sonra “Atatürkü sevməyən insanla dostluq edə bilmərəm” dediyi video minlərlə insan tərəfindən paylaşılıb.

Həmin videoda Konak belə deyib:

“Sənətimi bəyənməyən insanla dost ola bilərəm, amma vətənimi, məğlubedilməz cəngavərimiz Atatürkü sevməyənlə dostluq etmərəm”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Mart 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see516

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see385

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see379

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see370

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see348

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see347

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see301

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see283

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see256

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see247

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see245

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see237

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see233

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see229

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see222

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see215

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see197

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see194

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see180

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri