Icma.az
close
up
RU
Volker Türk: BMT İnsan Haqları Ofisinin fəaliyyəti üçün 500 milyon dollar vəsait lazımdır

Volker Türk: BMT İnsan Haqları Ofisinin fəaliyyəti üçün 500 milyon dollar vəsait lazımdır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 31 yanvar, AZƏRTAC

BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk qlobal insan hüquqları ehtiyaclarını qarşılamaq üçün 2025-ci ildə 500 milyon dollar toplamaq üçün müraciət edib.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, Cenevrədəki tədbirdə çıxış edən Türk BMT İnsan Haqları Ofisinin ölkələri, milli və regional qurumları, daha geniş BMT sistemini və özəl sektoru əsas insan hüquq və azadlıqlarının qorunması üzrə birgə fəaliyyətə uğurla cəlb etdiyini bildirib. O, 92 ölkədə fəaliyyət göstərən 2000-ə yaxın əməkdaşın insan hüquqlarına dair təxminən 11.000 monitorinq missiyası həyata keçirdiyini və 1000-ə yaxın məhkəmə prosesini müşahidə etdiyini vurğulayıb. Türk əlavə edib ki, 95 tərəfdaş, o cümlədən BMT-yə üzv 67 dövlət ofisin səylərinə töhfə verib. O, 2025-ci ildə də davam edəcək öhdəliklərə ümid etdiyini bildirib.

Türk onu da qeyd edib ki, rəhbərlik etdiyi ofis hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor, xeyriyyə təşkilatları, elmi ictimaiyyət və akademik dairələri bir araya gətirərək bu vacib səyləri gücləndirəcək. Onun sözlərinə görə, keçən il də 500 milyon ABŞ dollarına ehtiyac olsa da, cəmi 269 milyon ABŞ dolları toplanıb ki, bu da 2023-cü ildəki məbləğdən 4 faiz azdır. Türk insan haqlarının aşağı məsrəfli, yüksək təsirli bir sərmayə olduğunu, insanları səfərbər etmək üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O əlavə edib ki, BMT-nin bu qurumunun fəaliyyəti sülhə, təhlükəsizliyə, davamlı inkişafa və hər bir fərdin töhfələrinə əsaslanan sosial birliyi gücləndirməyə yönəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see296

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see266

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see239

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see229

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see214

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see214

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see194

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see178

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see168

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see159

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see154

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see152

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see150

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see145

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri