“Volkswagen” əfsanəvi markasını satmağa hazırlaşır
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Volkswagen” alman avtomobil istehsalçısı xərcləri azaltmaq məqsədi ilə aktivlərin nəzərdən keçirilməsi çərçivəsində “Ducati” motosiklet markasını satmağa hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “Audi” şirkətinin (“Volkswagen Group”a daxildir – red.) baş direktoru Qernot Dellnerə istinadla məlumat verib.
“Ducati”nin gələcəyi ilə bağlı müzakirələr yenidən qiymətləndirmə prosesinin bir hissəsidir. Lakin hələlik konkret bir qərar verilməyib”, - deyə şirkət rəhbəri bildirib.
Onun sözlərinə görə, “Ducati”nin satışı “Volkswagen” şirkətinə 1,5 milyard dollara qədər gəlir gətirə bilər.
Qeyd edək ki, alman şirkəti 2017-ci ildə də “Ducati”nin satılması imkanlarını araşdırmış, lakin həmkarlar ittifaqlarının müqaviməti ilə əlaqədar bu plandan imtina etmişdi.
Bu mövzuda digər xəbərlər:Volkswagen əfsanəvi VR6 mühərriki ilə vidalaşır
21 Dekabr 2024 23:55
Almaniyada Volkswagen işçiləri tətilə hazırlaşır
29 Noyabr 2024 15:57
“Volkswagen” 100 min nəfəri işdən çıxarmağa hazırlaşır
26 İyun 2026 13:29
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər Qərar 3 il sonra veriləcək
07 Sentyabr 2026 23:06
Əfsanəvi Ferrari F40 hərraca çıxarılmağa hazırlaşır...
01 İyul 2026 21:57
Baxış sayı:88
Bu xəbər 08 Sentyabr 2026 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















