Icma.az
close
up
RU
“Volkswagen” şirkətinə adi zavodlarda yeni tətil başlayıb AZƏRTAC

“Volkswagen” şirkətinə adi zavodlarda yeni tətil başlayıb AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Berlin, 2 dekabr, AZƏRTAC

Almaniyanın metal işçiləri həmkarlar ittifaqı (IG Metall) bu gündən etibarən “Volkswagen” şirkətinə adi zavodlarda ölkə miqyasında tətillərin başladığını elan edib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, “IG Metall” ilə şirkətin rəhbərliyi arasında aparılan müzakirələrlə əlaqədar nəzərdə tutulan müddət başa çatdığı üçün tətillərə yenidən başlanılıb. Müzakirələrdə həmkarlar ittifaqları təşkilatı maaşların artırılmasını, “Volkswagen” isə 10 faiz azaldılmasını tələb edir.

“IG Metall”ın elan etdiyi xəbərdarlıq tətilləri “Volkswagen” şirkətinin 10 zavodunu əhatə edəcək və istehsal prosesi müvəqqəti dayandırılacaq. Yerli vaxtla saat 9:30-da “Volkswagen”in Zvikau zavodunda başlayan tətillər daha sonra Volfsburq, Hannover, Emden, Kassel-Baunatal, Braunşveyq, Salzqitter və Xemnits və Drezdendəki müəssisələri də əhatə edəcək. Xəbərdarlıq tətillərinin iki saat davam edəcəyi və hər iş növbəsində təkrarlanacağı bildirilir.

“Volkswagen” şirkəti tətillərin təsirini minimuma endirmək üçün lazımi tədbirlərin görüldüyünü açıqlayıb.

Qeyd edək ki, “Volkswagen” üzləşdiyi ciddi maliyyə çətinlikləri ilə əlaqədar Almaniyada üç zavodunu bağlayacağını, on minlərlə əməkdaşın işdən çıxarılacağını və 120 minə yaxın işçinin maaşlarının 10 faiz azaldılacağını elan edib. Şirkət indiyədək həmkarlar ittifaqlarının bütün tələblərini rədd edib. Hər iki tərəf müzakirələri dekabrın 9-da davam etdirəcək.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri