“Volkswagen” çip tədarükündə böhrana görə bəzi zavodlarda istehsalı dayandıracaq
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Berlin, 22 oktyabr, AZƏRTAC
Almaniyanın avtomobil nəhəngi “Volkswagen” şirkəti çip tədarükündə yaranan böhran səbəbindən Volfsburqdakı zavodunda “Golf” modelinin istehsalını oktyabrın 23-dən dayandıracaq.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, şirkətin planına əsasən, bu addımdan sonra “Tiguan”, “Touran” və “Tayron” modellərinin istehsalı da mərhələli şəkildə məhdudlaşdırılacaq. İstehsalın dayandırılmasına səbəb “Nexperia” şirkətindən çip tədarükünün kəsilməsidir. “Nexperia”nın əsas istehsalı Çində yerləşir və Çin hökuməti ABŞ-la yaranan gərginlik fonunda çiplərin ixracını qadağan edib.
“Volkswagen”in məlumatına görə, alternativ çip istehsalçılarının məhsulları sertifikatlaşdırma mərhələsindədir və bu səbəbdən qısa müddətdə istehsalda istifadə oluna bilmir. Hazırda şirkət rəhbərliyi istehsalın hansı zavodlarda və hansı ardıcıllıqla azaldılacağına dair plan hazırlayır. Problem ilk növbədə “Volkswagen” markasının əsas zavodlarına, daha sonra isə “Audi”, “Seat”/“Cupra” və digər markaların istehsal xətlərinə təsir edəcək.
Volfsburqdan sonra şirkətin daha bir neçə zavodlarının da fəaliyyətinin müvəqqəti dayandırılması gözlənilir.
Qeyd edək ki, çip çatışmazlığı nəticəsində Almaniya on minlərlə işçinin müvəqqəti işsizlik riski ilə üzləşəcəyi ehtimal olunur.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 22 Oktyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















