Icma.az
close
up
RU
Volodimir Zelenski: Ukrayna Avropa İttifaqından enerji idxal etmək məcburiyyətində qala bilər

Volodimir Zelenski: Ukrayna Avropa İttifaqından enerji idxal etmək məcburiyyətində qala bilər

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Kiyev, 13 oktyabr, AZƏRTAC

Ukrayna Rusiyanın yeni hava hücumları fonunda elektrik enerjisi ilə bağlı problemlərin davam edəcəyini gözləyir. Buna görə də Ukrayna Avropa İttifaqından elektrik enerjisi idxalına başlamağa məcbur olacaq.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 13-də Kiyevdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Biz elektrik enerjisi ilə bağlı problemlər gözləyirik. Bir və ya iki hücumdan sonra elektrik enerjisini idxal etməyə ehtiyac ola bilərik”, - deyə Prezident qeyd edib. Zelenskinin sözlərinə görə, Ukrayna qışda həmişə elektrik enerjisi idxal etmək fürsətindən istifadə edir. Bu variant Ukrayna üçün həmişə açıqdır və bu, vacibdir.

Xatırladaq ki, son bir neçə həftə ərzində Rusiya Ukraynanın enerji infrastrukturu obyektlərinə silsilə zərbələr endirib. Əvvəlcə Ukrayna-Rusiya sərhədinə yaxın ərazilərdə, daha sonra Kiyev və ətraf regionun elektrik obyektlərinə zərbələr endirib.

Bu hücumlar nəticəsində ölkə üzrə yüz minlərlə müştəri elektriksiz qalıb.

Oktyabrın 13-də Ukraynanın beş vilayətində elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see311

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see194

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see183

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see181

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see166

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see151

Misirdə üç Qətər diplomatı yol qəzasında həlak olub

12 Oktyabr 2025 03:23see147

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see146

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see136

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see136

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see134

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see127

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see125

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see125

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see124

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see124

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see121

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see120

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

12 Oktyabr 2025 08:12see119

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri