Volodimir Zelenski: Ukrayna silah ixracına başlayır
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukraynada silah ixracı ilə bağlı bütün detallar dövlət qurumları səviyyəsində razılaşdırılıb.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski silah ixracının əsas məsələlərinə həsr olunmuş görüşün nəticələri ilə bağlı Facebook səhifəsində bildirib.
“Ukrayna silahlarının ixracı real olacaq. Bütün detalları dövlət qurumlarımız səviyyəsində razılaşdırmışıq. Təhlükəsizlik sahəsindəki təcrübəmiz və müasir müharibə şəraitində sınaqdan keçirilmiş silahlarımız tərəfdaşlar üçün böyük maraq doğurur”, – deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti ölkəyə dəstək verən tərəfdaşlara “dron sövdələşmələri” adlanan xüsusi əməkdaşlıq formatı təklif edib. Bu format dronların, raketlərin, mərmilərin və digər silah növlərinin istehsalı və təchizatını, tərəfdaş ölkələrin müdafiə sistemləri ilə inteqrasiyanı, eləcə də Ukraynanın hərbi təcrübəsi və texnoloji mübadiləni əhatə edir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 28 Aprel 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















