Icma.az
close
up
RU
Volodimir Zelenski: Ukrayna öz ərazilərini işğalçıya verməyəcək

Volodimir Zelenski: Ukrayna öz ərazilərini işğalçıya verməyəcək

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kiyev, 9 avqust, AZƏRTAC

Ukrayna öz ərazilərini Rusiya işğalçılarına verməyəcək. Ərazi məsələsi ilə bağlı cavab Ukrayna Konstitusiyasında var.

AZƏRTAC bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadla xəbər verir.

“Ukraynanın ərazi məsələsinin cavabı artıq Ukrayna Konstitusiyasında var. Bundan heç kim yayına bilməyəcək və ya kənara çıxa bilməyəcək. Ukraynalılar öz torpaqlarını işğalçıya verməyəcək", -deyə dövlət başçısı bildirib.

Zelenski vurğulayıb ki, Ukrayna sülhə gətirib çıxaracaq real qərarlara hazırdır. Lakin Prezidentin dediyi kimi, Ukrayna əleyhinə və onun iştirakı olmadan veriləcək istənilən qərar həm də sülhə qarşı olan addımdır.

“Ukraynasız bu qərarlar heç bir nəticə verməyəcək. Bunlar ölü qərarlardır, heç vaxt işləməyəcək. Bizim hamımıza insanların hörmət edəcəyi real, həqiqi sülh lazımdır. Biz Prezident Tramp ilə, bütün tərəfdaşlarla birlikdə real və ən əsası, davamlı - Moskvanın istəkləri üzündən pozulmayacaq sülh üçün işləməyə hazırıq", - deyə Zelenski əlavə edib.

Xatırladaq ki, bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya Federasiyası ilə mümkün “ərazi mübadiləsi”nə, eləcə də bəzi ərazilərin Ukraynaya qaytarılması ehtimalını diqqətə çatdırıb: “Bu, çox çətindir, lakin biz bəzi əraziləri qaytarmağa hazırlaşırıq. Bəzi ərazi mübadilələri edəcəyik. Hər iki tərəfin xeyrinə bəzi ərazi mübadilələri olacaq”.

Tramp Vladimir Putinlə görüşün tarixini və yerini də açıqlayıb. Onlar avqustun 15-də Alyaskada görüşəcəklər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Avqust 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri