Volodin yenidən KTMT Parlament Assambleyasının rəhbəri seçilib KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının (KTMT PA) sədri seçilib.
KONKRET.az xəbər verir ki, XVII plenar iclasın iştirakçıları onun namizədliyini yekdilliklə dəstəkləyiblər. O, artıq üçüncü dəfədir ki, bu vəzifəyə təyin olunub.
KTMT PA-nın sədri plenar iclasda Kollektiv Təhlükəsizlik Şurasının üzvləri arasından üç il müddətinə seçilir. Əvvəlki sədr seçkiləri 29 noyabr 2021-ci ildə keçirilib. Vyaçeslav Volodin ilk dəfə PA-ya 2016-cı ildə rəhbərlik edib.
Parlament Assambleyası KTMT-yə üzv dövlətlər arasında beynəlxalq, hərbi-siyasi, hüquqi və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edir, müvafiq tövsiyələr hazırlayır, hərbi-siyasi vəziyyətin parlament monitorinqini aparır, hərbi sahədə hüquqi münasibətlərin tənzimlənməsinə yönəlmiş nümunəvi qanunvericilik aktları qəbul edir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 09 Dekabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















