Icma.az
close
up
RU
Vopşe , tak çto , znaçit deyək, yoxsa?

Vopşe , tak çto , znaçit deyək, yoxsa?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Müasir dövrdə dillər yalnız qorunmaqla kifayətlənməməli, həm də daim zənginləşdirilməlidir. 

Bu zənginləşmənin yolları isə bəzən mübahisələrə səbəb olur. 

Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib ki, dilimizdə, xüsusən də danışıqda təsadüfən işlədilən "vopşe", "tak çto", "znaçit" kimi sözləri də dilimizin lüğətinə daxil edək: 

“Çünki bu sözlər artıq bizim leksikonumuzda var". Akademikin bu sözləri birmənalı qarşılanmayıb.

Ümumiyyətlə, bu proses necə baş tutmalıdır? Biz dilimizi necə zənginləşdirməliyik?

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyasının üzvü, AMEA Orfoqrafiya Komissiyasının üzvü, Levnis adına Avropa Elmlər Akademiyasının həqiqi üzvü, Atatürk adına Türkoloji Araşdırmalar Akademiyasının üzvü, Beynəlxalq Atatürk mükafatı laureatı Adil Babayev bildirib ki, alınma sözlər bütün dillərdə var. O qeyd edib ki, “takçto” və “znaçit” kimi sözləri dilimizə gətirmək əvəzinə, ümumiyyətlə, dilimizdəki əcnəbi sözləri türk sözləri ilə əvəz etsək, dilimizi milliləşdirərik:

“Bu məsələdən xəbərim var. 

Onsuz da o cür sözləri orfoqrafiya lüğətinə daxil etməsək də, danışıqda istifadə edirik. Amma biri var ümumxalq sözləri ədəbi dilə gətirəsən, biri də “çörək” əvəzinə “xleb” deyəsən. Doğrudur, dilimizdə “vopşe”, “takçto”, “znaçit” kimi sözlər tez-tez işlədilir. “Ümumiyyətlə” sözünü demək bəzən çətin gələ bilər, çünki insanlar “vopşe” sözünə öyrəşib. Üstəlik, bu ifadələrin geniş yayılmasındaSovet dövrünün də təsiri az deyil. Dilimizdə “deməli” sözü varsa, “znaçit”i niyə işlədək?”

Professorun fikrincə, elə sözlər var ki, onları tərcümə etdikdə mənası itir və düzgün anlaşılmır: 

“Adətən başqa dildən alınmış sözlərin nitqdə istifadəsinin iki səbəbi olur. Birincisi, “fors” etmək, yəni lovğalanmaq məqsədilə, ikincisi isə bu sözlər artıq xalq danışığında yayılması il əlaqədardır. Məsələn, Azərbaycanı kim məcbur etdi ki, hamı valideyninə “mama”, “papa” desin? Amma indi hamı anasına “mama” deyir. Halbuki ədəbi dildə “ana” sözünü istifadə edirik. 

Azərbaycan dilində işlənən 15%-ə qədər ərəb adları yəhudi mənşəlidir. Məsələn, Yəhya, Yaqub, Yusif, Züleyxa, Davud, Musa və s. adlar da geniş yayılıb. Daha sonra ərəblərdən götürdüyümüz “Şiraz” adının tərcüməsi “qılınc” deməkdir. Bu adı tərcümə edib bir uşağa “Qılınc” adı qoysan, hamı gülər. Məsələn, “Şirazəddin” adı var, “dinin qılıncı” deməkdir. Təsəvvür edin, bu adları tərcümə edib uşağa ad verirlər. Bu, əlbəttə ki, gülünc səslənə bilər. Yüzlərlə belə misallar var. “Əkbər” sözünün tərcüməsi “böyük”, “Kəbir” deməkdir. 

“Əliəddin”, yəni “dinin işığı”, “Vəliəddin”  “dinin dostu,valisi” mənasını verir. Bütün bu adları götürüb tərcümə etsək, hamı gülər. Rus dilindən də dilimizə keçmiş sözlər var. Bu sözlərin danışıq dilində istifadəsi başqa, ədəbi dilə gətirilməsi isə tamamilə başqa məsələdir. Ədəbi dil milli dildir, yəni hamının ortaq və qəbul olunmuş dil formasıdır. 

Ədəbi dilimizə onları gətirmək olmaz. Sabah ümumtürk dili yaranarsa, bu zaman əksinə, dilimizi daha da saflaşdırmalı və bu cür sözlərdən uzaq durmalıyıq. Düzdür, tatarlarda, daha sonra kiçik türk muxtar respublikalarında “vopşe” sözü hətta qrammatikaya düşüb. 

Lakin biz daha da dilimizi təmizləməliyik. Məsələn, biz "qalstuk" deyirik. Alman dilində bu sözün mənası "boğaz" (hals) və "dəsmal" (tuch) sözlərinin birləşməsindən yaranıb. Amma "boğaz dəsmalı" demək düzgün səslənmir. Yaxud "çamadan" sözü farscadan alınıb və “paltar qabı” mənasını verir. Alınma bu sözlər yalnız bizim dildə deyil. 

Məsələn, bizim dildə 3000 fars mənşəli, amma fars dilində 4500 türk mənşəli söz var. Öz fellərimizdən sözlər yaradıb onları işlətmək daha yaxşıdır. Ona qalsa, dilimizdə ərəb və fars mənşəli çox sayda söz var. Vasim Məmmədəliyevin bu mövzu ilə bağlı bir məqaləsi də var. “Qurani-Kərim”də 8 türk mənşəli söz aşkar etdiyini qeyd edib”. 

Adil Babayev vurğulayib ki, türk dünyasında ən gözəl dil Azərbaycan türkcəsidir: 

“Milli dilin xalq danışıq dilindən fərqi ondadır ki, milli dildə standart bir formaya, yəni ədəbi norma və danışıq mədəniyyətinə riayət olunur. Ona görə də “vopşe” əvəzinə “ümumiyyətlə” demək, bu kimi ifadələri ədəbi dildən kənar saxlamaq daha doğrudur. Düzdür, xalq dilində bunlar işlənir, amma milli və ədəbi dil səviyyəsində qəbuledilməzdir. 

Xalq danışıq dili səviyyəsində ilk olaraq qəbilə dili meydana gəlir, sonra tayfa dili, daha sonra isə xalq dili formalaşır. Məsələn, xalq dili səviyyəsində qəzet və jurnal kimi kütləvi informasiya vasitələri olmur. Elə buna görə də buradakı azərbaycanlı bilmir ki, Təbrizdəki azərbaycanlı nə deyir. Amma ortaq milli dil olanda onlar bizim dilimizə tamamilə uyğunlaşacaqlar, fərqlər aradan qalxacaq və bir-birlərini daha yaxşı başa düşəcəklər. 

Gələcəkdə ümumtürk dili formalaşarsa, hansı söz və formalar daha uyğundursa, onu seçəcəyik. Məsələn, “öyrətmən”, yoxsa “müəllim”,“öyrənci”,yoxsa “şagird” daha yaxşıdır? Ümumiyyətlə, türk dünyasında ən gözəl dil Azərbaycan türkcəsidir. İstər səslənmə, istər lüğət tərkibi, istərsə də qrammatik quruluş baxımından daha gözəldir. Çünki türk dilində bəzi qrammatik quruluşlar hələ də tam formalaşmayıb. 

Məsələn, onlarda şərt forması arzu forması kimi deyilir. “Kaş səni görə bilsəm” cümləsini nümunə çəkə bilərəm. Necə yəni, kaş səni görə bilsəm? Əslində cümlə “Kaş səni görə biləm” şəklində olmalıdır. Tanınmış türkoloq Murat Acı də qeyd edib ki, gələcəkdə bir ümumi türk dili yaradılarsa, bu dilin 90%-i Azərbaycan türkcəsinə əsaslanmalıdır. Məsələn, biz “körpü” sözünü işlədirik, türkiyəlilər isə “köprü” deyirlər. "Köprü" forması daha düzgündür. Biz “kirpik” deyirik, onlar “kiprik” deyirlər, bu da daha uyğun formadır”. 

Adil Babayev dilimizi əcnəbi sözlərdən təmizləyərək öz fellərimizdən yeni sözlər yaratmağı təklif edib:

“1930-cu illərdə Atatürkün təşəbbüsü ilə Türkiyədə dil islahatı həyata keçirildi. O dövrdə İstanbul ləhcəsi danışıq dili deyildi və insanlar bir-birlərini başa düşməkdə çətinlik çəkirdilər. Buna görə də danışıq dili əsasında yeni bir ədəbi dil formalaşdırdılar. 

Məsələn, “məktəb” ərəb mənşəli söz olduğuna görə onu dəyişdirib “okul” etdilər, hansı ki “okul” bizim öz dilimizdədir. Bu cür dəyişikliklərlə sözləri özününküləşdirdilər. “Okul” sözünü bütün türk dünyasında qəbul etsək, bir-birimizi daha yaxşı anlayarıq. Bundan əlavə, türkcədə nəqli keçmiş zaman yoxdur, yəni “gəlmişəm” yoxdur, sadəcə “gəldim” var. Bizdə də “gəldim” deyirlər. “Gəldim” şühudi keçmiş zaman formasıdır, “gəlmişəm” isə nəqli keçmiş zaman. Bu nümunələr göstərir ki, gələcəkdə ortaq türk dili yaranarsa, Azərbaycan dilindən belə formalar götürüləcək. 

Tarixən biz “müəllim” sözünü işlətməyə başladıqda, bu anlayış ərəb dilində dərs verən şəxsə aid idi. Məsələn, Füzuli “müəllim” sözünü işlədib, lakin “öyrətmən” sözünə rast gəlinmir. Çünki o dövrdə ərəb dilinin təsiri güclü idi və “öyrətmək” felləri olsa da, bu formalar geniş istifadə olunmurdu. İndi bu anlayışları müasir dilimizə gətirsək, ümumtürk dili yaranmış olar.

Mənim təklifim budur ki, dilimizi əcnəbi sözlərdən təmizləyək və öz fellərimizdən sözlər yaradaraq istifadə edək. Beləliklə, həm dilimizi milliləşdirərik, həm də türk dünyasında bir-birimizi daha asanlıqla başa düşərik. Bütün bunlar da ortaq “Turan dili”nin yaranmasına böyük töhfə verər”. 

O vurğulayıb ki, dilimizi milli sözlərlə zənginləşdirmək üçün bütün dilçi alimlərmüzakirəaparmalıdırlar: 

“Buna görə də dil alimlərinin hamısı görüşməlidir. Yenidən ikinci bir qurultayın keçirilməsi vacibdir. Birinci Türkoloji Qurultay 1926-cı ilin 26 fevralından 5 mart tarixinə qədər türk dünyasında ilk dəfə baş tutub. Türk dünyası ilk dəfə Bakıda bir araya gəlib və türk dillərinin birlik səsi ilk dəfə məhz Bakıda yüksəlib. Bu barədə ilk araşdırmanı mən aparmışam. 

Qurultayı və onun nəticələrini yox etmək, unutdurmaq istəyirdilər. Qurultayda iştirak edənlərin hamısı sonradan güllələnib. Onlardan yalnız ikisi öz əcəli ilə dünyasını dəyişib. Bütün bunlar ona görə baş verib ki, onlar ortaq türk əlifbası yaratmaq istəyirdilər. Həmin dövrdə Sovet hökumətinin nümayəndəsi Levin İsayeviç Mirzoyan idi. O, Anastas İvanoviç Mikoyana məktub yazaraq, "Gəl görək nə edirik, bu türklər bir yerə yığışıblar, ortaq əlifba yaratmaq istəyirlər ki, bir-birlərinin qəzetlərini oxuya bilsinlər", -deyib. 

Mikoyan isə cavabında yazıb ki, mən gəlsəm, olmaz, bu barədə birbaşa Stalinə yaz. Mirzoyan da Stalinə yazır. Stalin isə cavabında bildirir ki, heç bir ortaq əlifba barədə söhbət gedə bilməz, yalnız gələcəkdə yeni əlifbaya keçidin mümkünlüyü haqqında xəbərdarlıq edilə bilər. Lakin nəticədə əksinə olur və 56 nəfərlik xüsusi bir fraksiya yaradılır ki, bu təşəbbüsə mane olsun. 

Amma türk xalqları bir-birini o qədər sevdi, o qədər səmimi və dostcasına münasibət göstərdi ki, qurultay çox yüksək səviyyədə keçdi. Hətta qurultayın son günü uzaq Xakasiyadan, Şərqi Sibirdən Katanov adlı alim gəlir. 

Qurultay artıq başa çatmışdı. Katanovun gəldiyini eşidənlər deyirlər ki, qoy çıxsın danışsın, türk qardaşımızın dilini eşidək. O, çıxıb danışıb və hamı onu alqışlayıb. Birinci Türkoloji Qurultay bütün türk xalqlarının ortaq əlifbaya keçməsi üçün səmimi şəkildə yığışaraq fəaliyyət göstərdikləri mühüm bir tarix idi”. 

Əfsanə Rəcəb 
​​​​​​"Cebheinfo.az"

Açar sözlər: "Vopşe" "tak çto" "znaçit" deyək yoxsa?Nizami Cəfərov Adil Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:331
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 May 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see363

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see270

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see269

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see267

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see261

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see258

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see257

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see252

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see248

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see248

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see248

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see243

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see237

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see235

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see234

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see226

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see224

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see214

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see196

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri