Icma.az
close
up
RU
Azərbaycanda bahalaşma: Səbəb açıqlandı

Azərbaycanda bahalaşma: Səbəb açıqlandı

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Azərbaycanın bu il üçün inflyasiya proqnozu artırılıb. Belə ki, 2025-ci ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6 faiz səviyyəsində nəzərdə tutulsa da, cari ilin avqust ayında təqdim edilmiş proqnoza əsasən, inflyasiya 5,4 faiz səviyyəsində gözlənilir. Xatırladaq ki, Mərkəzi Bankın iyul proqnozlarına görə ölkədə illik inflyasiyanın 2025-ci ildə 5,7 faiz, 2026-cı ildə isə 5,3 faiz olacağı proqnozlaşdırılır. Bəs inflyasiya proqnozunun artırılmasına təsir edən amillər hansılardır?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, proqnozun artırılmasının əsas səbəblərindən biri idxal inflyasiyasıdır: "Xüsusən də region bazarlarında müşahidə edilən qiymət artımları və Azərbaycana idxal edilən məhsullar üzrə qeydə alınan inflyasiya proqnoza yenidən baxılmasını zəruri edib. Əsas səbəb xarici təsirlərdir. Xarici amillər içərisində daha çox logistika və idxal edilən məhsulların qiymətləri əsas səbəblərdəndir. Çünki qlobal enerji bazarında stabillik var. Hətta qiymətlər proqnozlaşdırılandan daha aşağıdır. Ona görə də enerji məhsullarının qiymətlərindəki dəyişikliklər praktik olaraq inflyasiya səviyyəsinə indiki halda təsir göstərməyib”.

V.Bayramovun fikrincə, daxili amilləri də nəzərə almalıyıq: "Çünki büdcə xərclərinin artması nəticə etibarilə tələb yaradır. Tələb yaratdığı üçün də qiymət artımlarına səbəb olur. Digər tərəfdən nəzərə alaq ki, 2025-ci ildə əməkhaqqı, pensiya, sosial müavinətlərdə də artımlar qeydə alındı. Bu da istehlak bazarında tələbə təsir göstərdi. Daxili amillər içərisində tələbin artması, xüsusən də istehlaka yönəldilən vəsaitin həcminin yüksəlməsidir. Çünki biz inflyasiyaya diqqət yetirsək görərik ki, burada tariflərin təsirləri elə də yüksək deyil. Amma istehlak və büdcə xərclərindəki artımlar inflyasiya proqnozuna təsir göstərir”.

Millət vəkili bildirdi ki, bütün hallarda proqnozun artırılmasına baxmayaraq, inflyasiya ilə bağlı proqnoz birrəqəmlidir. Birrəqəmli olduğu üçün iqtisadiyyat üçün ciddi risklər formalaşdırmır: "Qiymətlərin aşağı olması vətəndaşların xərcləri baxımından vacibdir. Ailə büdcəsi aspektindən inflyasiya səviyyəsi aşağı olmalıdır. Amma nəzərə almaq lazımdır ki, əsas hədəf inflyasiyanı proqnozlaşdırılan səviyyədə saxlamaqdır. Bunun üçün idxaldan asılılığın azaldılması vacibdir. Çünki idxal inflyasiyası əsas faktordur. 2025-ci ildə təxminən altı faizə yaxın qiymət artımları proqnozlaşdırılır. 2026-cı ildə 5,3 faiz proqnoz edilir. Növbəti ildə də inflyasiya proqnozu 5-6 faiz intervalında dəyişəcək”.

"İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri Eyyub Kərimli isə düşünür ki, rəqəmlərin dəyişməsinə səbəb dünyada baş verən proseslərdir: "Keçən il proqnoz 4,6 faiz nəzərdə tutulmuşdu. İndi isə yüksəlib. Proqnoz ilə real göstəricilər fərqlənə bilər. Bunun da səbəbi bəzi xidmət tariflərinin artması, qlobal bazarlarda müəyyən logistika kanallarının və məhsulların qiymətində artım baş verməsidir. Bəzi ölkələrdə ixraca məhdudiyyətlər qoyulub ki, bura ət, taxıl məhsulları daxildir. Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. Digər ölkələr arasında münaqişələr olması da məsələyə öz təsirini göstərdi”.

E.Kərimli inflyasiyanı azaltmağın yollarından da bəhs etdi: "Daxili amillərə gəldikdə, tənzimlənən tariflərin, tələbatın artması baş verdi ki, bu da inflyasiyanı tətikləyən hallardan biridir. Əhalinin gəlirləri ilin əvvəlində artırıldı. Əsasən də təqaüdlərdə, sosial müavinətlərdə artım baş verdi. İnvestisiya qoyuluşu da inflyasiyaya təsir edir. İnflyasiyanın azaldılması ilə bağlı müəyyən tədbirlər həyata keçirilməlidir. Öncə idxaldan asılılığın azaldılması gələcək riskləri minimuma endirəcək. Həm də ərzaq məhsullarının böyük hissəsi idxaldır. Kənd təsərrüfatı və qeyri-neft sektorunu inkişaf etdirməliyik. İnflyasiyanın artımı əhalinin gəlirlərinə mənfi təsir göstərir. Çünki bu hər 100 manata bir manat itki deməkdir. Bütün bunlar gələcək riskləri də artırır və əhalinin büdcəsinə mənfi təsir göstərə bilər. İnflyasiyanın 2026-cı ildən sabitləşmə ehtimalı var. Amma bu proqnoz tam reallığı əks etdirməyə də bilər”.

"İdxaldan asılılığı tam azalda bilməyəcəyik”

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, dəyişimin səbəblərindən biri yanvar ayından kommunal xidmətlərin bahalaşmasıdır: "İkinci məqam bu ilin əvvəlindən başlayaraq dolların digər valyutalar qarşısında dəyər itirməsidir. Bu da idxalın bahalaşmasına səbəb oldu. İnflyasiyanın əsas səbəbi idxaldır. Daxili proseslərdən Tarif Şurasının və hökumətin qərarları inflyasiyaya təsir edir”.

X.Kərimlinin fikrincə, inflyasiya əhalinin aşağı təbəqəsinin gəlirini daha da azaldır: "İdxaldan asılılığı tam azalda bilməyəcəyik. Çünki özümüzü hər şeylə təmin etmək üçün resursumuz çatmır. İnflyasiyanın çox sürətli olması yaxşı deyil. Çünki inflyasiya əhalinin qazancını azaldır. Ərzaq inflyasiyası yeddi faiz üzərindədir. Əhalinin çoxu məhz qidaya pul xərcləyir. İnflyasiya bu təbəqənin gəlirini daha da aşağı salır”. ("Kaspi" qəzeti)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Avqust 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri