Icma.az
close
up
RU
“TikTok profilim olmayıb, saxta hesab açıblar” İşdən çıxarılan məmur DANIŞDI

“TikTok profilim olmayıb, saxta hesab açıblar” İşdən çıxarılan məmur DANIŞDI

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Quba rayon İcra Hakimiyyəti başçısının Xucbala inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Rauf Şıxməmmədovun buduqluları təhqir etməsi ilə bağlı iddialar var.

Belə ki, R. Şıxməmmədova məxsus olduğu düşünülən sosial şəbəkə hesabından Buduq kəndi barəsində paylaşılan videoya, “kənd tapmadınız danışmağa”, “ Qubanın üz qarası”, “bir dənə normal adam görmədim ordan” deyə şərhlər yazılıb.

Bu hadisədən sonra isə Quba rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudov Rauf Adil oğlu Şıxməmmədovu tutduğu vəzifədən azad edib. Bununla bağlı İcra Hakimiyyəti paylaşım edib.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən R.Şıxməmmədovun sözlərinə görə, o, işdən özü ərizə yazaraq ayrılıb.

“Mənim, ümumiyyətlə “TikTok” profilim olmayıb. Aktiv olaraq “Facebook” və “Instagram” platformalarından istifadə edirəm. Bu yaxın zamanlarda FB profilim spam olunub. Ola bilər ki, bu arada mənim şəkillərimi götürərək, saxta profil açıblar. Yenə də, lazımi addımı ataraq ərizəmi yazıb tutduğum vəzifədən ayrıldım”, – deyə o bildirib.

Həyat yoldaşının da Budaq kəndindən olduğunu qeyd edən Şıxməmmədov sözlərinə belə davam edib:

“Bu addımı atan hər kimdirsə, ola bilər ki, mənimlə həyat yoldaşım arasında yaşanan problemdən dolayı belə bir şey etsin. Dünən Ağsaqqallar Şurasının sədri ilə də danışmışam, yanlış anlaşılmaya görə üzr də istəmişəm. O kəndlə bağlı müəyyən neqativ fikirlərim ola bilər, yarana bilər. Amma açıq şəkildə bunu haradasa bildirmək, mənə elə gəlir, düzgün bir addım deyil. Həyat yoldaşımla qeyd etdiyim kimi, aramızda problemlər var. O ailəsi ilə birlikdə evimdən uşaqlarımı oğurlayıb, çox şeylər baş verib…”
 

Aminə Şahsuvarqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Avqust 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri