Icma.az
close
up
RU
Votsapda nömrəsiz dönəmlə bağlı ekspertdən AÇIQLAMA

Votsapda nömrəsiz dönəmlə bağlı ekspertdən AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"WhatsApp"ın (votsap) çoxdan gözlənilən "istifadəçi adı" funksiyası ilə bağlı yeni detallar üzə çıxıb. Bu yenilik sayəsində artıq telefon nömrəsinə ehtiyac olmadan, sadəcə istifadəçi adını yazaraq səsli və ya video zəng etmək mümkün olacaq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirdi ki, bu yeni funksiyanın, yəni votsapda telefon nömrəsinə ehtiyac olmadan yalnız istifadəçi adı ilə səsli və ya video zəng etmək imkanı həm müsbət, həm də müəyyən mənfi tərəfləri ola bilər:

Mütəxəssis öncə yeni funksiyanın müsbət cəhətlərindən bəhs etdi:

"Yeni sistemdə sizin şəxsi telefon nömrəniz digər şəxslərə açıq olmur, yalnız istifadəçi adınız görünə bilir. Bu xüsusilə yeni tanış olduğunuz insanlarla və ya ictimai qruplarda faydalıdır. Nömrənizi vermək istəmədiyiniz halda əlaqə saxlamaq mümkündür. Telefon nömrəsi olmadan istifadəçi adı ilə əlaqə qurmaq rahatlıq gətirə bilər. Məsələn, iş, sosial media və ya layihə əlaqələri üçün nömrəni yaymaq istəməyənlər üçün, uyğundur. Telefon nömrəsi dəyişəndə və ya SIM-kart dəyişəndə əlaqənin itmə riski azala bilər, çünki istifadəçi adı olduğu kimi qala bilər. Telefon nömrəsi əsaslı hücumlar (məsələn, SIM swapping) riski bir qədər aşağı düşə bilər, çünki nömrə “ictimai” olmaqdan çıxır".

Ekspert "istifadəçi adı" funksiyasının mənfi cəhətlərindən də bəhs etdi.

"İstifadəçi adları tanış olmaya bilər və ya qarışıqlığa səbəb ola bilər, kimin kim olduğunu müəyyən etmək çətinləşə bilər. İstifadəçi adları nömrə kimi unikal olmaya bilər və ya insanlar eyni istifadəçi adını götürmək istəyə bilərlər. Ona görə istifadəçi adlarının da unikal olmasına ehtiyac var. İstifadəçi adları ilə əlaqə qurmaq, anonimliyi artırsa da, eyni zamanda sizin kim olduğunuzun təsdiqi üçün əlavə tədbirlər tələb edə bilərlər. Məsələn, kimsə sizin istifadəçi adınızı bilirsə, sizinlə əlaqə saxlaya bilər. Bu riskləri azaltmaq üçün əlavə “PIN kodu” funksiyası üzərində iş gedir. Bilinməyən şəxslər sizin istifadəçi adınızı bilsə belə, PIN-lə təmin edilməlidirlər.

Telefon nömrəsi ilə əlaqə qurmaq çox sadə idi, qarşıdakı şəxsin nömrəsini bilirdinizsə, dərhal zəng edə bilirdiniz. İndi istifadəçi adı sistemi gələndə, hər kəsin “mənim istifadəçi adımı bilirsən?” sualını ortaya çıxacaq. Telefon nömrənizi geniş auditoriya ilə bölüşmək istəmirsinizsə, bu istifadəçi adı sistemi sizin üçün faydalı ola bilər. Təhlükəsizlik üçün istifadəçi adınızı və iki mərhələli identifikasiyanızı, əlaqələrinizin kimlər olduğunu diqqətlə nəzərdən keçirmək vacib olacaq", - deyə Bəhruz Əliyev qeyd etdi.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:326
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Noyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri