Icma.az
close
up
RU
Votsapda görüşə çağırdı, yumruq yedi

Votsapda görüşə çağırdı, yumruq yedi

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Şamaxı rayonunda 1990-cı il təvəllüdlü Hikmət bacısının həyat yoldaşı Şahbaza (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 28-də rayonun kəndlərindən birində baş verib. Hikmət həmin gün saat 23 radələrində kənddə “Talva” adlanan ərazidə şəxsi münasibətlər zəminində qaynı Şahbazın hərəkətlərinə əsəbləşib, onun alt dodaq hissəsinə bir dəfə yumruqla vurub. 
Hikmətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İttihama münasibət bildirən Hikmət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Şahbazla əvvəllər münasibəti yaxşı olub, aralarında heç bir ədavət, dava və ya mübahisə baş verməyib: “Şahbaz arvadım Südabənin qardaşıdır. O, bir neçə dəfə ailə məsələlərimə müdaxilə edib. Lakin mən həyat yoldaşıma görə bu məsələlərin üstünə getməmişəm. Həmişə ona ailə işlərimə qarışmamasını desəm də, o, buna məhəl qoymayıb və ailə münasibətlərimə qarışmaqda davam edib”. 
Hikmət qeyd edib ki, 2025-ci ilin sentyabrın 28-də, saat 23 radələrində evində olarkən qaynı Şahbaz votsap sosial şəbəkəsi vasitəsilə ona mesaj yazıb və kənddə yerləşən “Talva” adlı ərazidə söhbət etmək istədiyini bildirib: “Mən də razılaşdım, bir neçə dəqiqə sonra həmin ərazidə görüşdük. Görüş zamanı bir qədər söhbət etdik. Söhbət zamanı Şahbaz mənə bacısını incitməməyimi dedi. Mən isə cavabımda həyat yoldaşımı incitmədiyimi, lakin ailə işlərimə qarışmamasını bildirdim. Bu zaman aramızda yaranan mübahisə zamanı Şahbaz köynəyimdən tutduğu üçün onun üzünə bir dəfə yumruq vurdum. Zərbə onun alt dodağına dəydi və o, yerə yıxıldı. Bir neçə saniyə sonra Şahbaz özünü toparlayaraq yerdən qalxdı. Daha sonra hadisə yerindən çıxaraq evimə qayıtdım. Bir neçə saat sonra Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə və Şamaxı rayon polis şöbəsinə müraciət etdim”.
Bu cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb. 
Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1019

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see509

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see411

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see318

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see316

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see290

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see253

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see223

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see215

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see211

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see186

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri