Vozinyanın anasına viza verildi
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kabo-Verde millisinin qapıçısı Vozinyanın anasına dünya çempionatını izləmək üçün ABŞ vizası verilib.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bu barədə onun anası Ana Candida Evora danışıb.
O bildirib ki, çempionatda oğluna dəstək olmaq, güc və cəsarət vermək üçün ABŞ-yə gedir.
Xatırladaq ki, Vozinya turnirin ilk ulduzlarından birinə çevrilmişdi. O, İspaniya ilə gözlənilməz 0:0 hesablı heç-heçə zamanı 7 qurtarış edərək komandasını xilas etmişdi. Matçdan sonra 40 yaşlı qapıçı bildirmişdi ki, anası yüksək xərclərə görə viza ala bilməyib.
Həmçinin qolkiperin İspaniya ilə matçdan sonra 50 minlik instaqram hesabı 2 milyona çıxmışdı.
Bundan sonra ABŞ Nümayəndələr Palatasındakı Demokratların lideri Hakeem Ceffris açıqlayıb ki, viza rüsumları ləğv edilib və qapıçının anasının səfəri üçün bütün təşkilati işlər görülüb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 18 İyun 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















