VTB (Azərbaycan) 9 May Qələbə Gününə həsr olunmuş konsertə dəstək olub
Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında İkinci dünya müharibəsinə həsr olunmuş yubiley konserti vaş tutub. Bank VTB (Azərbaycan) tədbirin baş sponsoru olub.
Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri və Müqəddəs Mikayıl Arxangel kilsəsinin xoru çıxış ediblər.
"Böyük Qələbənin 80 illiyi şərəfinə konsertin keçirilməsi Vətəni və bütün dünyanı ümumi düşməndən müdafiə edən ittifaq respublikaları xalqlarının qəhrəmanlıq şücaətinin tarixi yaddaşının qorunub saxlanması baxımından böyük əhəmiyyət kəsb edir. Bu, təkcə tədbir iştirakçılarına və veteranlarına verilən ehtiram deyil, həm də cəmiyyətimizin dəyərlərini birləşdirən mühüm addımdır", deyə, Bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okayev bildirib.
VTB (Azərbaycan) ənənəvi olaraq ölkəmizdə mədəniyyət layihələrini dəstəkləyir. 2025-ci ildə bank Vaqif Mustafazadənin yubiley konsertinə və Vladimir Vısotskiyə, keçən il isə Beynəlxalq Caz Gününə həsr olunmuş konsertinə dəstək olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 14 May 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















