VTB (Azərbaycan) Vladimir Vısotskiyə həsr olunmuş konsertinə dəstək olub FOTO
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Şövkət Məmmədova adına Opera Studiyasının səhnəsində Vladimir Vısotskinin doğum gününə həsr olunmuş ədəbi-musiqili gecə keçirilib. Tədbir VTB (Azərbaycan)-ın sponsorluğu ilə təşkil olunub.
Gecənin proqramında Azərbaycanın əməkdar artistlərinin, teatr və kino aktyorlarının, estrada müğənnilərinin, eləcə də "Bakı" Müəllif Mahnıları Klubunun nümayəndələrinin ifasında mahnılar və şeirlər yeni təqdimatda səsləndirilib. Rəqs nömrələrini isə dövlət teatrlarının solistləri və quruluşçu-xoreoqraflar təqdim ediblər.
Tədbir çərçivəsində Vladimir Vısotskinin Azərbaycanla şəxsi və yaradıcılıq əlaqələri xüsusi olaraq vurğulanıb. O, gənclik illərində ailəsi ilə birlikdə dəfələrlə Bakıya səfər edib, yetkin yaşlarında isə burada istirahətdə və çəkilişlərdə iştirak edib. Sənətkarın Bakıya son səfəri onun vəfatından az əvvəl baş tutub və bu səfər rejissor Mixail Şveytserin "Kiçik faciələr" filminin bəzi epizodları üzərində işləmək məqsədi daşıyıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 27 Yanvar 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















