Zəfər Gününə həsr olunmuş karate turnirində parlaq qələbə
Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan xalqının əldə etdiyi şanlı tarixi zəfərin ildönümü ölkəmizdə hər il olduğu kimi, bu il də böyük qürur və coşqu ilə qeyd olunur. 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə möhtəşəm karate turniri keçirilib.
Yarışda əzmkar mübarizəsi, yüksək fiziki hazırlığı və qələbə əzmi ilə fərqlənən idmançılardan biri də Baxşiyev Həmid Sənan oğlu olub. O, gərgin keçən döyüşlərin yekununda fəxri kürsüyə yüksələrək yer tutmağı bacarıb və adını qaliblər sırasına yazdırıb.
Gənc idmançımızın bu uğuru təkcə onun şəxsi nailiyyəti deyil, həm də Zəfər Gününün ruhuna uyğun olaraq qazanılmış böyük bir qürur mənbəyidir.
Oxumeni.az kollektivi olaraq Baxşiyev Həmid Sənan oğlunu bu əlamətdar uğur münasibətilə səmimi-qəlbdən təbrik edirik. Ona gələcək idman karyerasında yeni zirvələr, dəmir iradə və daha böyük qələbələr arzulayırıq. Yolun açıq olsun, Həmid!
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 09 Noyabr 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















