Icma.az
close
up
RU
Deputat: Ölkəmiz sabitlik adasına çevrilib

Deputat: Ölkəmiz sabitlik adasına çevrilib

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Dünya siyasi, iqtisadi baxımdan son dərəcə mürəkkəb və qeyri-müəyyən dövrünü yaşayır.

Güc mərkəzləri arasında rəqabət kəskinləşir, yeni ittifaqlar yaranır, köhnə düzənlər dağılır. Qonşu regionlarda davam edən müharibələr, etnik və dini münaqişələr, enerji təhlükəsizliyi üzərindəki gərginliklər və informasiya müharibələri dövlətlərin sabitliyini ciddi təhdid altına alır. Bu cür gərgin və qeyri-sabit beynəlxalq mühitdə sabitlik anlayışı daha öncə heç olmadığı qədər strateji əhəmiyyət daşımağa başlayıb. Azərbaycan isə bu ziddiyyətli və qeyri-müəyyən mənzərə fonunda istisna təşkil edir.

Ölkəmiz geosiyasi cəhətdən son dərəcə həssas bir regionda - Cənubi Qafqazda, Avropa ilə Asiyanın kəsişməsində yerləşməsinə baxmayaraq, sabitlik və təhlükəsizlik baxımından nümunəvi mövqe sərgiləyir. Təsadüfi deyil ki, Azərbaycan təkcə daxili sabitliyini qoruyan deyil, həm də regional səviyyədə sabitliyi təmin edən mühüm aktora çevrilib. 

Deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, bugün dünya heç zaman olmadığı qədər mürəkkəb mərhələyə daxil olub və dünyanın hər yerində münaqişələr, qarşıdurmalar baş verir: 

Rusiya-Ukrayna və İsrail-İran müharibəsi ilə yanaşı, dünyada yüzlərlə münaqişələr olduğunu deyən C.Məmmədov bildirib ki, getdikcə münaqişə ocaqlarının sayı daha da artır:

Deputatın sözlərinə görə, dünya "qaynayan bir qazana" bənzəyir. Qeyd edib ki, məhz belə bir zamanda, hazırki dönəmdə Azərbaycanın bu cür duruş göstərməsi, ölkəmizdə olan sabitlik və təhlükəsizlik birbaşa cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin göstəricisidir:

"Bugün Azərbaycan dövlətinin həyata keçirdiyi qətiyyətli, prinsipial və uzaqgörən siyasət nəticəsində ölkəmiz sabitlik adasına çevrilib. Bugün Azərbaycan bütün uğurları cənab Prezidentin həyata keçirdiyi qətiyyətli, prinsipial, uzaqgörən və müdrik siyasət nəticəsində əldə edib". 

Müsahibimiz Azərbaycanın qalib ölkə olduğunu vurğulayıb və əlavə edib ki, torpaqlarımızı azad etmişik. Azərbaycan öz qələbəsini daha da möhkəmləndirib. Ölkəmiz gündən-günə daha da güclənir, daha da inkişaf edir, qüdrətlənir. Dövlətimiz özünün sabitlik, istiqrar, təhlükəsizlik mövqeyini daha da möhkəmləndirir:

"Bu, çox böyük bir uğur, çox böyük nailiyyətdir. Həm bu istiqamətdə atılan addımların, görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir. Bu da cənab Prezidentin vurğuladığı kimi düşünülmüş siyasətin, öz gücümüzün və ağlımızın təzahürüdür. Qarşımızda duran mühüm vəzifə əldə etdiyimiz uğurları daha da möhkəmləndirməkdir".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 İyun 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri