Icma.az
close
up
RU
Vüqar Bayramov staj məhdudiyyətlərinin yumşaldılmasını təklif ETDİ

Vüqar Bayramov staj məhdudiyyətlərinin yumşaldılmasını təklif ETDİ

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qanun layihəsi “Dövlət qulluğu haqqında” qanunun 28.1-ci maddəsində, yəni dövlət qulluğuna qəbul maddəsində dəyişiklikləri özündə ehtiva edir. Və təbii ki, dəyişikliklərin əsas məqsədi dövlət qulluğuna qəbulun asanlaşdırılması, eyni zamanda dəqiqləşdirilməsindən ibarətdir. Təbii ki, bunlarla yanaşı bütövlükdə dövlət qulluğuna qəbul proseduralarının daha da sadələşdirilməsi və sözügedən maddədə bir sıra digər dəyişikliklərin edilməsi məqsədəuyğun olardı".

Redaktor.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı bildirdi.

Onun sözlərinə görə, bütövlükdə bu gün dövlət qulluğuna qəbulun təkmilləşdirilməsi prioritet olaraq qalmaqdadır:

"Xüsusən nəzərə alsaq ki, hazırda 27,4 min vətəndaşımız dövlət qulluğunda çalışır və onlardan təxminən 30 faizi qadınlardır. Təbii ki, bunlar dövlət qulluğuna marağın artmasına və vətəndaşlarımızın dövlət qulluğunda çalışmasına təşviq olunmasına gətirib çıxarır. Təqdim olunan qanun layihəsinə təklif edirəm ki, əvvəla, bizim müzakirə etdiyimiz dəyişiklik qanun layihəsində qeyd olunan maddə üzrə dövlət qulluğunda birinci və üçüncü təsnifatı əhatə edir. Mən təklif etmək istərdim ki, təsnifatın siyahısının genişləndirilməsinə baxılsın. Çünki nəzərə alsaq ki, məhz rəsmi statistikaya əsasən bu gün dövlət qulluğunda çalışanların cəmi 7,4 faizi ali və birinci-üçüncü təsnifatda çalışırlar, bu, o deməkdir ki, dövlət qulluğunda çalışanların 92,6 faizi digər təsnifat növlərində çalışırlar. O cümlədən 46,6 faizi üçüncü-yeddinci təsnifatda, 22,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifə üzrə təsnifatlarında çalışırlar.

Bu baxımnan təsnifatın genişləndirilməsi praktik olaraq daha çox vətəndaşlarımızın dövlət qulluğuna qəbulu zamanı sadələşdirilmiş və təbiki bizim bu gün müzakirə etdiyimiz asanlaşdırılmş proseduralardan istifadə etməsinə gətirib çıxara bilər. Hesab edirəm, xüsusən nəzərə alsaq ki, dövlət qulluğunda çalışmaq istəyənlərin sayı çoxdur, bu da təbii ki, onların daha asan və daha sadə proseduralarla dövlət qulluğuna qəbul olunmasına imkan yaradır. O baxımdan birinci təklifim məhz təsnifatın sayına baxılması və təsnifat sayının genişləndirilməsi ilə bağlıdır.

Biz rəsmi statistikaya diqqət yetirsək, bu gün dövlət qulluğunda çalışanların 54 faizi 10 ildən az iş stajı olanlardır. Xüsusən nəzərə alsaq ki, dövlət qulluğunda çalışanların 6,4 faizi bir ilədək, 24,1 faizi bir ildən beş ilədək, 22,9 faizi beş ildən on ilədək, 18,6 faizi on ildən on beş ilədək, 28 faizi isə 15 il və daha çox çalışan vətəndaşlarımızdır. Bu baxımdan məhz iş stajı ilə bağlı müddətlərə baxılması praktik olaraq daha çox vətəndaşlarımız üçün müraciətin asanlaşmasına gətirib çıxara bilər. Nəzərə alsaq ki, 10 ildən daha çox olduqda bu, təbii ki, həmin asan proseduralardan istifadə edən vətəndaşlarımızın sayına təsir göstərir".

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Noyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri