Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Best Model of Azərbaycan"ın direktoru Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırılıb.
Bakupost.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Pərviz Zamanlı qətnamə çıxarıb.
İş materiallarından məlum olur ki, "Best Model of Azerbaijan" MMC-nin, "Miss and Mister Grand" MMC-nin və Elxan Paşayevin rəhbərlik etdiyi başqa bir şirkətin (adını dəqiqləşdirmək mümkün olmayıb) dövlət büdcəsinə borcu olub.
Borc vaxtında ödənilmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutaraq borc ödənilənədək Elxan Paşayevin ölkədən çıxışına "stop" qoyulmasını istəyib. Məhkəmə də ərizəni təmin edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 11 Fevral 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















