Vüqar Gülməmmədov: Hesablama Palatası 2024 cü ildə 52 nəzarət tədbiri keçirib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 22 aprel, AZƏRTAC
Hesablama Palatası 2024-cü ildə 52 nəzarət tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin aprelin 22-də keçirilən plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışı zamanı bildirib.
O qeyd edib ki, 2024-cü il ərzində Palata tərəfindən ümumilikdə 52 kənar dövlət maliyyə nəzarət tədbiri həyata keçirilib. Bu tədbirlərdən 45,5 faizi bir neçə dəfə və ya müxtəlif mövzular üzrə təşkil olunub. Auditlərin əhatə dairəsi icmal büdcənin müxtəlif elementləri, dövlət büdcəsi, büdcədənkənar fondlar və Naxçıvan Muxtar Respublikasının büdcəsini əhatə edib.
V.Gülməmmədov qeyd edib ki, hesabat ilində kənar dövlət maliyyə-nəzarət tədbirlərində hesabıma palatasının diqqətdə saxladığı sahələr, əsasən, işğaldan azad olmuş ərazilərin bərpası, ətraf mühit, iqtisadi fəaliyyət və büdcədən kənar fondlardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 22 Aprel 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















