Icma.az
close
up
RU
Hesablama Palatası gələn ilin büdcəsini necə görür? Vüqar Gülməmmədov parlamentdə təkliflərini açıqladı AzPolitika onlayn siyasiictimai qəzet

Hesablama Palatası gələn ilin büdcəsini necə görür? Vüqar Gülməmmədov parlamentdə təkliflərini açıqladı AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Növbəti il 3,1 mlrd. manat proqnozlaşdırılan büdcə kəsirinin 1,8 mlrd. manatının daxili dövlət borclanması hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Dövlət istiqrazları hesabına daxili borcun artımı davam etməkdədir ki, bu da özündə faiz xərclərinin artması ilə bağlı faiz riski, borcun yenidən maliyyələşdirilməsi zərurətindən irəli gələn təkrarmaliyyələşmə riski, maliyyə bazarlarında kifayət qədər vəsait cəlb etməklə əlaqəli likvidlik riskinin aktuallaşmasının göstəricisidir”.

“AzPolitika” xəbər verir ki, bunu Hesablama Palatasının (HP) sədri Vüqar Gülməmmədov Milli Məclisi bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, borca xidmət üzrə faiz xərclərinin ötən illə müqayisədə 308 mln. manat çox nəzərdə tutulması, daxili borc portfelində müşahidə edilən qısamüddətli borcların üstünlük təşkil etməsi, dövlət istiqrazlarının orta gəlirlilik dərəcəsindəki fərqli dinamika bu risk amilininin xüsusi diqqətdə saxlanılmasının vacib olduğunu göstərir:

“Hesablama Palatası olaraq bu istiqamətdə bəzi təkliflərlə çıxış etmək istəyirik. Cari ilin 10 ayının icra göstəricisinə əsasən dövlət büdcəsinin gəlirləri xərcləri 3 mlrd. manat üstələyir ki, bu da büdcədə ilin sonuna əhəmiyyətli qalıq vəsaitlərin yaranması gözləntilərini formalaşdırır. Təklif edirik ki, vaxtı çatmış öhdəliklərin birbaşa sərbəst qalıq hesabına ödənilməsi ilə bağlı icra mexanizmi yaradılsın. Bununla yanaşı, profisitli büdcə şəraitində borclanmadan istifadə edilməməsinə və monetar siyasətin hədəfləri nəzərə alınmaqla qısamüddətli istiqrazların vaxtından əvvəl investorlardan geri alınması məsələsinə də baxıla bilər. Qeyd etdiyim bu hallar dövlət borcunun həcminin azaldılması ilə yanaşı, növbəti illərdə faiz xərclərinin əhəmiyyətli dərəcədə artımının qarşısının alınmasına imkanlar yaradar”.

HP sədri daha sonra qeyd edib ki, büdcədənkənar gəlirlər dövlət sektorunda əməyin ödənişi üzrə disproporsiyaya səbəb olur:“2025-ci ilin dövlət büdcəsində büdcə təşkilatlarının büdcədənkənar xərcləri büdcədənkənar gəlirlərindən 100 mln. manat artıq olmaqla 940 mln. manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 13,1% çoxdur. Aparılmış təhlillər cari ilin gözlənilən icra göstəricisi ilə müqayisədə növbəti ildə büdcədənkənar vəsaitlər hesabına əməyin ödənişi xərclərinin 86,2 mln. manat və ya 27,5% artacağını göstərir ki, bu da dövlət büdcəsində müvafiq xərclərin artım tempindən 17,3 faiz bəndi çoxdur. Sonuncu göstəriciyə istinad edərək bildirməliyəm ki, büdcədənkənar gəlirlər dövlət sektorunda, o cümlədən dövlət qulluğunda əməyin ödənişi fondunun eyni kateqoriya orqanlar üzrə əhəmiyyətli, bəzən 1,5 nisbətdə və daha çox fərqlənməsinə səbəb olur. Bu məsələ publik hüquqi şəxslərin əməkhaqqı fondu üzrə də aktualdır. Fikrimizcə, bu istiqamətdə dövlət sektorunda əməyin ödənişi üzrə qurumlararası disproporsiyalar diqqətdə saxlanılmalıdır”.

V.Gülməmmədov çıxışında vurğulayıb ki, investisiyalar üzrə statistik hesabatların təqdim olunmasında intizam problemləri var: “Apardığımız təhlillər göstərir ki, ölkə üzrə əsas kapitala yönəldilən investisiyaların hesabatlılığının təkmilləşdirilməsinə ehtiyac var. Dövlət büdcəsinin investisiya xərclərini statistik hesabatlardakı müvafiq göstəricilər ilə müqayisə etmişik. Təhlil əhəmiyyətli fərqlərin olduğunu göstərir. Fərqlərin səbəblərini araşdırmağa çalışmışıq. Fərqlərin bir hissəsi metodoloji yanaşmalarla bağlı olsa da, digər hissəsi bəzi qurumların statistika hesabatlarının təqdim etmə intizamındakı problemlərindən irəli gəlir. Qeyd olunan hallar sonda ölkənin makroiqtisadi göstəricilərinin doğruluğuna da təsir etməkdədir. Hesab edirik ki, bu məsələ ilə bağlı müxtəlif dövlət orqanlarının fəaliyyətindəki əlaqələndirmə bir qədər də gücləndirilməlidir”.

HP sədri onu da bildirib ki, icmal büdcədə tanınmayan gəlir və xərclər var. Onun sözlərinə görə, rəydə dövlət büdcəsi ilə yanaşı, icmal büdcənin gəlir və xərclərinin də tamlığının qiymətləndirilməsinə çalışılıb: “Bəzi gəlirlər və xərclərin icmal büdcədə tam əks olunmadığı nəticəsinə gəlmişik. Belə ki, dövlət şəxsi icbarı sığorta üzrə gəlirlər və 2 sosial Fondun investisiya fəaliyyətindən gəlir və xərclər icmal büdcədə nəzərə alınmır. Diqqətə çatdırım ki, icmal büdcədəki digər fondların (DNF və İTSF-in) vəsaitlərin idarəedilməsi üzrə daxilolmalar icmal büdcəyə daxil edilir. Məbləğlər müvafiq büdcələrə nisbətdə əhəmiyyətli olmasa da (2024-cü ilin gözlənilən icrası nəzərə alındıqda təxminən 150 mln. manat), növbəti illərdə bu məbləğin arta biləcəyi fonunda Hesablama Palatası olaraq, icmal büdcənin komponentləri üzrə vahid yanaşmanın tətbiqinin və qeyd etdiyim məbləğlərin kənarda qalmamasının vacibliyini bildiririk”.

Vüqar Gülməmmədov hesab edir ki, büdcə təsnifatı təkmilləşdirilməlidir. O, xatırladıb ki, son illərdə ölkəmizdə dövlət maliyyə idarəçiliyi sahəsində bir sıra islahatlar keçirilib. “Xüsusilə burada büdcə qaydasının və OMXÇ-nin tətbiqini, mühasibat uçotu sahəsində beynəlxalq standartlara keçidi və s. qeyd edə bilərəm. Hesab edirik ki, bu islahatlar davam etdirilməlidir. İslahatların növbəti fazası çərçivəsində büdcənin əsas parametrlərinin hesablanması metodikasına və təsnifləşdirilməsinə yenidən baxılmasını təklif edirik. Bunun üçün ilk növbədə vahid büdcə təsnifatında dəyişikliklər aparılmalı və qabaqcıl təcrübəyə uyğunlaşdırılmalıdır”, - o əlavı edib.

HP sədri vurğulayıb ki, hazırda qonşu ölkələrin bəziləri artıq bu praktikaya keçid ediblər:

“Hazırda vahid büdcə təsnifatında fiskal balansın-kəsirin maliyyələşdirmə mənbələrinin təsnifləşdirilməsi öz əksini tapmır. Bu göstəricinin komponentlərindən biri də özəlləşdirmədən daxilolmalardır.

Kəsirin maliyyələşdirilmə mənbələrinin VBT ilə müəyyən edilməməsi icra prosesinə də təsirsiz ötüşmür və qeyri-müəyyənliklərin yaranması ilə nəticələnir. Rəydə özəlləşdirmədən daxilolmaların tərkibini araşdırmışıq və bu daxilolmaların tərkibinin bir hissəsinin birbaşa gəlir parametri ilə bağlı olduğunu müəyyən etmişik. Hesab edirik ki, büdcə qaydasının hesablamalarının aparılması zamanı özəlləşdirilmədən daxilolmaların gəlir parametri ilə əlaqəli olmayan digər hissəsinin qeyri-neft daxilolmalarında nəzərə alınması məsələsinə də baxıla bilər.

HP sədrinin qeyd etdiyi növbəti əsas məqam büdcə planlaşdırılması zamanı müraciət olunan metodologiya ilə bağlıdır. Onun sözlərinə görə, hazırda bu istiqamətdə büdcə inkrementalizmi və ya fəaliyyət büdcəsi mövcuddur: “Dünya hazırkı tarixədək bunun alternativini ortaya qoymayıb. Ölkədə 4 ildir reallaşdırlan OMXÇ islahatı üzrə Hesablama Palatası tərəfindən 5 audit çərçivəsində aparılan qiymətləndirmələr onu deməyə əsas verir ki, xərclərin əsaslılığının müəyyən edilməsi üçün istifadə edilən monitorinq göstəriciləri əksər halda həmin sahə üzrə əsas problemləri qiymətləndirməyə imkan vermir. Bu sənəd sahə üzrə bəzi hallarda keyfiyyət deyil, kəmiyyət xarakterli şərti göstəricilər toplusundan ibarətdir. Bu isə fəaliyyətin səmərəliliyi və nəticəliliyi haqqında təsəvvür formalaşdırmaq üçün imkanlarını məhdudlaşdırır”.

V.Gülməmmmədov əlavə edib ki, strateji sənədlər istər OMXÇ islahatının tərkib hissəsi, istərsə də ayrıca qurum tərəfindən qəbul edilsə də, bir çox hallarda həmin sənədlərin əməliyyat planları və monitorinq hesabatları ilə əlaqəsi olmur. 

“OMXÇ ilə əhatə edilən 3 bölmə və əhatə edilməsi nəzərdə tutulan digər 3 bölmə üzrə cəmi xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisinin tədricən yüksələrək 2028-ci ildə 36,9%-ə bərabər olacağı proqnozlaşdırılır. OMXÇ ilə əhatə olunan xərclərin artımı isə büdcə vəsaitlərinin faydalılığının qiymətləndirilməsini daha da aktuallaşdıracaqdır. Məhz bu səbəbdən institusional boşluqların aradan qaldırılması zəruridir”, - Hesablama Palatasının sədri vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info” 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Noyabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see408

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see295

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see235

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see122

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri