Vüqar Gülməmmədov: Müəssisələrdə iqlim fəaliyyəti ilə bağlı hesabatların hazırlanması vacib şərtlərdən birinə çevrilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 29 sentyabr, AZƏRTAC
Bu gün hökumətlər iqlim dəyişikliyinin fəsadlarını aradan qaldırmaq üçün böyük maliyyə resursları ayırır. Bu isə öz növbəsində nəzarət və şəffaflığın daha da gücləndirilməsini prioritet məsələyə çevirir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 (BCAW2025) çərçivəsində keçirilən “İqlim dayanıqlılığı və sıfır emissiyaya keçid üçün iqlim qanunlarının və təşkilatlarının gücləndirilməsi” mövzusinda dəyirmi masada Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O qeyd edib ki, dünyada ekoloji problemlərin araşdırılması və iqlim fəaliyyəti üzrə mütəxəssislərə tələbat sürətlə artır. “Müəssisələrdə iqlim fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və təqdim olunması da artıq vacib şərtlərdən birinə çevrilib.
Hesablama Palatası bu sahədə iqlim maliyyəsi və “yaşıl büdcə” anlayışlarının tətbiqini diqqət mərkəzində saxlayır. Bu anlayışlar getdikcə daha çox populyarlaşsa da, etiraf etməliyik ki, hələ də praktik təcrübələrin sayı kifayət qədər deyil. Biz inanırıq ki, müasir yanaşmalar, beynəlxalq təcrübə və milli prioritetlər əsasında həyata keçirilən fəaliyyətlər iqlim dəyişikliyi ilə mübarizədə və ekoloji tarazlığın qorunmasında mühüm nəticələr verəcək”,- deyə V. Gülməmmədov əlavə edib.
Baxış sayı:80
Bu xəbər 29 Sentyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















