Icma.az
close
up
RU
Vüqar Kərimov: Bioloji müxtəlifliyin qorunması iqlim dəyişikliyinin təsirlərini azalda bilər AZƏRTAC

Vüqar Kərimov: Bioloji müxtəlifliyin qorunması iqlim dəyişikliyinin təsirlərini azalda bilər AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qarşıya yeni strateji mərhələdə qlobal iqlim dəyişikliklərinə cavab verən yüksək keyfiyyətli təmiz ekoloji mühitin təmin olunması kimi mühüm vəzifə qoyulub. Əsas məqsəd adaptasiya və mitiqasiya tədbirlərinin həyata keçirilməsi ilə iqlim dəyişmələrinin ətraf mühitə mənfi təsirlərinin azaldılmasından ibarətdir. Ölkəmizdə ətraf mühitin mühafizəsini və təbii ehtiyatların səmərəli istifadəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin keyfiyyətcə yeni mərhələdə davam etdirilməsi prioritet istiqamətlərdən olmaqla, bioloji müxtəlifliyin qorunması əsas hədəflərdəndir.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində Mavi Zonada keçirilən “İqlim və biomüxtəliflik arasındakı əlaqə: davamlı gələcək üçün inteqrasiya olunmuş həllər” adlı tədbirdə deyib.

Nazir müavini qeyd edib ki, iqlim dəyişmələri və onların canlı aləmə təsiri dünya ictimaiyyətini getdikcə daha çox narahat etməkdədir: “İqlim dəyişmələri təbii ekosistemlərə mənfi təsir göstərir ki, bu da bitki və heyvan növlərini məhv olmaq təhlükəsi ilə üzbəüz qoya bilər. Bioloji müxtəlifliyin indiki və gələcək nəsillər üçün çox böyük dəyərə malik qlobal sərvət olduğu artıq hamılıqla qəbul edilir. Növlər və ekosistemlər üçün təhlükə heç vaxt indiki qədər böyük olmayıb. Ölkəmizdə son 30 ildə (1991-2020-ci illər) orta illik havanın temperaturu əvvəlki dövrlə (1961-1990-cı illər) müqayisədə orta hesabla 0,9 dərəcə yüksəlib. Ərazinin əksər hissəsində yağıntının miqdarı orta hesabla 4% azalıb”.

O bildirib ki, iqlim dəyişikliyi və bioloji müxtəlifliyin itirilməsi bir-biri ilə bağlı proseslərdir və birlikdə həll edilməlidir: “Bioloji müxtəliflik və iqlim dəyişikliyi arasında qarşılıqlı əlaqələr var. İqlim dəyişikliyi biomüxtəlifliyə mənfi təsir edə bilər, eləcə də bioloji müxtəlifliyin qorunması, ekosistemlərin effektiv mühafizəsi və idarə edilməsi sahəsində həyata keçirilmiş tədbirlər vasitəsilə iqlim dəyişikliyinin təsirləri azaldıla bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri