Icma.az
close
up
RU
Bioloji müxtəlifliyin qorunması iqlim dəyişikliyinin təsirlərini azalda bilər

Bioloji müxtəlifliyin qorunması iqlim dəyişikliyinin təsirlərini azalda bilər

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qarşıya yeni strateji mərhələdə qlobal iqlim dəyişikliklərinə cavab verən yüksəkkeyfiyyətli təmiz ekoloji mühitin təmin olunması kimi mühüm vəzifə qoyulub. Əsas məqsəd adaptasiya və mitiqasiya tədbirlərinin həyata keçirilməsi ilə iqlim dəyişmələrinin ətraf mühitə mənfi təsirlərinin azaldılmasından ibarətdir. Ölkəmizdə ətraf mühitin mühafizəsini və təbii ehtiyatların səmərəli istifadəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin keyfiyyətcə yeni mərhələdə davam etdirilməsi prioritet istiqamətlərdən olmaqla, bioloji müxtəlifliyin qorunması əsas hədəflərdəndir. SİA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində Mavi Zonada keçirilən “İqlim və biomüxtəliflik arasındakı əlaqə: davamlı gələcək üçün inteqrasiya olunmuş həllər” adlı tədbirdə deyib.

Nazir müavini qeyd edib ki, iqlim dəyişmələri və onların canlı aləmə təsiri dünya ictimaiyyətini getdikcə daha çox narahat etməkdədir: “İqlim dəyişmələri təbii ekosistemlərə mənfi təsir göstərir ki, bu da bitki və heyvan növlərini məhv olmaq təhlükəsi ilə üzbəüz qoya bilər. Bioloji müxtəlifliyin indiki və gələcək nəsillər üçün çox böyük dəyərə malik qlobal sərvət olduğu artıq hamılıqla qəbul edilir. Növlər və ekosistemlər üçün təhlükə heç vaxt indiki qədər böyük olmayıb. Ölkəmizdə son 30 ildə (1991-2020-ci illər) orta illik havanın temperaturu əvvəlki dövrlə (1961-1990-cı illər) müqayisədə orta hesabla 0,9 dərəcə yüksəlib. Ərazinin əksər hissəsində yağıntının miqdarı orta hesabla 4% azalıb”.

O bildirib ki, iqlim dəyişikliyi və bioloji müxtəlifliyin itirilməsi bir-biri ilə bağlı proseslərdir və birlikdə həll edilməlidir: “Bioloji müxtəliflik və iqlim dəyişikliyi arasında qarşılıqlı əlaqələr var. İqlim dəyişikliyi biomüxtəlifliyə mənfi təsir edə bilər, eləcə də bioloji müxtəlifliyin qorunması, ekosistemlərin effektiv mühafizəsi və idarə edilməsi sahəsində həyata keçirilmiş tədbirlər vasitəsilə iqlim dəyişikliyinin təsirləri azaldıla bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Noyabr 2024 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see265

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see237

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see227

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see146

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri