Vüqar Məmmədov məhkəmə qarşısına çıxarıldı
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində “Hürriyyət” baş redaktorunun işi üzrə məhkəmə prosesi başlanıb.
Gununsesi.info xəbər verir ki, bu işə Elmin Rüstəmovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. V.Məmmədova Cinayət Məcəlləsinin 182.2.2-ci və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə – təkrar və xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələriylə ittiham verilib.
Məhkəmənin bugünkü iclasında V.Məmmədovun vəkili Aqil Layıc müvəkkili haqqında cinayət işinə xitam verilməsini və ya heç olmasa, hökm çıxarılanadək onun ev dustaqlığına buraxılmasını istəyib.
Müdafiəçi bildirib ki, hansısa hüquqi şəxslərin müraciəti əsasında fiziki şəxsə hədə-qorxu ilə tələbetmə ittihamıyla cinayət işi başlanması aşkar qanunsuzluqdur. Hədə-qorxu ilə tələbetmə cinayətlərində hansısa şirkət zərərçəkmiş ola bilməz.
Hüquqlarını qoruduğu şəxsin ev dustaqlığına buraxılmasına gəlincə, A.Layıc V.Məmmədovun cəmiyyətdə tanınan şəxs kimi məhkəmədən yayınmaq niyyətinin olmadığını vurğulayıb.
Bu cinayət işi üzrə “Veysəloğlu”, “Azərlotereya” və “Azərsun” şirkətləri zərərçəkmiş qismində tanınıb. V.Məmmədovun hədə-qorxu ilə bu şirkətlərdən pul istədiyi iddia olunur.
Onun özü məhkəməyə hazırlıq iclasında deyib ki, ittihamda yazılanlar yalandır.
Baxış sayı:109
Bu xəbər 04 May 2026 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















