Icma.az
close
up
RU
Vüqar Qurbanov: Xəstəxana idarəçisi dürüst və şəffaf olmalıdır

Vüqar Qurbanov: Xəstəxana idarəçisi dürüst və şəffaf olmalıdır

"Tibb müəssisələrinin idarəçiləri təkcə həkimlər olmalı deyil. Özəl müəssisələrin rəhbərləri necə çalışırlarsa, dövlət müəssisələrinin də rəhbərləri bu istiqamətdə çalışmalıdırlar".

Pravda.az xəbər verir ki, bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbirində deyib.

Direktor bildirib ki, özəl xəstəxanalardan razı qalan xəstələr dövlət xəstəxanalarındanda da razı qalmalıdırlar: "Hədəfimiz budur ki, regionlardakı idarəçilər də eyni məqsəd üçün çalışsınlar. Xəstəxana idarəçisi dürüst və şəffaf olmalıdır. Vətəndaş xidmətlərdən maksimum yararlana bilməlidir. Dövlət tibb müəssisələri özəllərlə sağlam rəqabət halına gələ bilməlidir. Belə halda özəl xəstəxanaların fəaliyyəti məhdudlaşır, özələ müraciətlər azalır. Eyni zamanda vətəndaşlar yüksək xidməti əldə etmək üçün digər ölkələrə müraciət etməməlidir".

Aytəkin Qardaşova

seeBaxış sayı:19
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri