Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Vüqar Rəhimzadə: Azərbaycan və Serbiya strateji tərəfdaşlığı gücləndirir

Vüqar Rəhimzadə: Azərbaycan və Serbiya strateji tərəfdaşlığı gücləndirir

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Azərbaycanın xarici siyasətinin  əsas tərkib hissəsi olan müxtəlif dövlətlərlə ikitərəfli əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Qarşılıqlı etimad mühitinin, dostluq münasibətlərinin  möhkəmləndirililməsi fonunda əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün yeni imkanlar yaranır. Dövlət başçısı İlham Əliyevin fevralın 15-də dost Serbiya Respublikasına rəsmi səfəri həm iki ölkənin münasibətlərinin, həm də Azərbaycanın  tərəfdaş ölkələrlə əlaqələrinin inkişafına necə böyük önəm verdiyini nümayiş etdirdi. Prezident İlham Əliyevin “Rəsmi səfərimin nəticələri özünü çox gözlətməyəcək. Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik. Mən Prezident Vuçiçi və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət etmişəm. Əminəm ki, biz bu il bir neçə dəfə görüşəcəyik - həm Azərbaycanda, həm də ola bilər, mən yenə Serbiyaya gəlim. Çünki mən və əminəm ki, Azərbaycan nümayəndə heyəti burada özlərini evindəki kimi hiss edirlər… Prezident Vuçiçin şüarına da qoşuluram. Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!” fikirləri iki ölkənin əlaqələrinin, liderlərin  yaxın dostluq münasibətlərinin təqdimatıdır.
Dövlət başçısı  İlham Əliyevin bu fikirlərinin davamı olaraq Serbiya Prezidenti Aleksandar Vuçiç bildirdi ki, Serbiya dost ölkə Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıdır. Biz bu məqsədə doğru gedəcəyik. Qarşımıza çətinliklər çıxanda, bəzi məsələlərlə üzləşəndə biz hər zaman onları birlikdə həll edə bilirik. Bu, hər zaman belə olacaq. Hər dəfə Prezident İlham Əliyev ilə danışanda çox şey öyrənirəm, bir çox məsələləri təcrübəli dövlət xadimi, həqiqi liderin fərqli baxış bucağından müşahidə etməyə müvəffəq oluram. Aleksandar Vuçiç bunu üçün dövlətimizin başçısı İlham Əliyevə  təşəkkür etdi.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Serbiyaya rəsmi səfəri çərçivəsində Prezidentlərin təkbətək görüşü, sənədlərin imzalanması mərasimi oldu, həmçinin iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi, liderlər mətbuata bəyanatla çıxış etdilər. İki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci islasında Serbiya Prezidenti  iclası ikitərəfli münasibətlərimizdə dönüş nöqtəsi kimi dəyərləndirərək bunu belə əsaslandırdı ki, bu,  ölkələrimiz arasında münasibətlərin ən yüksək strateji səviyyəyə qaldırılması üçün birgə siyasi iradənin bariz nümunəsidir.  Şura Prezident İlham Əliyevlə formalaşdırdığımız birgə mövqedən və razılaşmadan qaynaqlanır. Serbiya Respublikası yalnız az sayda ölkələrlə bu cür formatda görüşlər keçirir. Azərbaycan-Serbiya münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından bəhs edən  Aleksandar Vuçiç iki ölkənin münasibətlərində əhəmiyyətli rol oynayacaq bu mühüm hadisəni də diqqətə çatdırdı ki, yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşları açacağıq və aramızdakı təmaslar əvvəlki dövrlə müqayisədə daha sıx olacaq. Azərbaycan xalqı hər zaman Serbiyadan və Serbiya xalqından yalnız yaxşı işləri gözləyə bilər.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan-Serbiya əlaqələri sürətlə və dinamik  inkişaf edir. Azərbaycan və Serbiya strateji tərəfdaşlardır. İki ölkənin əlaqələrinin müxtəlif istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayan, hüquqi baza olan sənədlər arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə də var. Hər  iki ölkə sənəddə və əməldə bu yüksək statusa sadiqliyini göstərir. Prezidentlərin təkbətək görüşündə, həmçinin  Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında Azərbaycanla Serbiya arasında energetika, investisiyalar, bərpaolunan enerji, turizm, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərinə diqqət yönəldildi. Azərbaycan və Serbiya Prezidentləri  bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, konkret layihələrin təqdim olunması ilə əlaqədar tapşırıqlar verdilər. Dövlət başçısı İlham Əliyev Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında vurğuladı ki, biz təkcə siyasi istiqamətdə, beynəlxalq arenada sıx işləmirik, eyni zamanda, iqtisadiyyatlarımız, sənayelərimiz üçün vacib layihələr icra edirik. Prezident Aleksandar Vuçiç elektrik stansiyasının tikintisini qeyd etdi. Bu, bizim enerji sektorunda əməkdaşlığımızı necə şaxələndirdiyimizin vacib göstəricisidir. Biz qaz əməkdaşlığından başladıq, indi isə növbəti mərhələyə - bu qazın yekun məhsul olan elektrik enerjisinə çevrilməsi məqsədilə hər iki tərəf üçün maksimal səmərəliliklə necə istifadə olunmasına keçid edirik. Bu, Azərbaycanın son illərdə Avropaya əsas investisiya qoyuluşlarından biri olacaq.
Millət vəkili bildirib ki, dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı siyasəti, fəlsəfəsi dəyişilməzdir. Enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməli, rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya əsaslanmalıdır. Bərpaolunan enerjidən istifadə sahəsində də liderliyini təmin edən ölkəmizin enerji diplomatiyasının əsasını təşkil edən “Enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, eyni zamanda mənbələrin şaxələndirilməsidir” təşəbbüsü  dəstəklənir. 2023-cü ilin dekabrında Prezident İlham Əliyev Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində bildirmişdi ki, bugünkü mərasim dostluq, strateji tərəfdaşlıq mərasimidir. Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək.
Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı genişlənməkdədir. Azərbaycan  artıq 16 ölkəyə təbii qaz ixrac edir və onların 10-u Avropa İttifaqının üzvüdür. Bunlar arasında Serbiya da var.  Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bütövlükdə energetika sahəsində  əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl  Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki  indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki  əsas ixrac istiqamətimiz Avropa məkanıdır.
Vüqar Rəhimzadə vurğulayıb ki, qarşılıqlı səfərlərin əhəmiyyətini  imzalanan sənədlər də təsdiqləyir.  Bu baxımdan Prezident İlham Əliyevin  Sebiyaya rəsmi səfəri də diqqətdə oldu. Bu günədək iki ölkə arasında 57 sənəd imzalanıb. Dövlətimizin başçısının bu səfəri zamanı imzalanan sənədləri də əlavə etsək  bir daha təsdiqlənir ki, tərəflər əməkdaşlığın  müxtəlif sahələrdə uğurla inkişafında maraqlıdır və bunu sözdə deyil, real addımlarda nümayiş etdirir. Belə ki, Belqradda  Prezidentlərin iştirakı ilə iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq Sazişi, qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Serbiyanın İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu, həmçinin media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, 2026-2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq Memorandumu, idman sahəsində Anlaşma Memorandumu, tibbi sığorta sistemləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı.
Millət vəkili bildirib ki, qarşılıqlı səfərlər əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfələr verir. Azərbaycan-Serbiya əlaqələrinin gündəliyi genişdir.  Gələcək planları aydındır. Hədəf  həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələri daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika, nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxmaqdır.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Fevral 2026 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri