Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: Azərbaycan regionda Slovakiya üçün strateji tərəfdaşdır

Vüqar Rəhimzadə: Azərbaycan regionda Slovakiya üçün strateji tərəfdaşdır

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xarici siyasətimizin prioritet istiqaməti olan ikitərəfli əməkdaşlıq sahəsində qazanılan uğurlar davamlılığı ilə diqqətdədir. Bunun üçün dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə, eyni zamanda, həmin ölkələrin liderlərinin Azərbaycana səfərlərinin dinamikliyinə diqqət yetirmək kifayətdir. Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Bu baxımdan Prezident İlham Əliyevin dekabrın 8-də Slovakiya Respublikasına rəsmi səfəri mühüm məqamları ilə ölkə mətbuatında geniş müzakirə edilir. Bu səfər bir daha təsdiqlədi ki, strateji tərəfdaşlığa və regional sabitliyə töhfə verən Azərbaycan-Slovakiya əlaqələri yüksələn xətlə inkişaf edir. Qeyd edək ki,  Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindən bəri davamlı və sistemli şəkildə inkişaf edir. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub. Slovakiyanın ölkəmizdəki səfirliyi 2019-cu ilin oktyabrından fəaliyyət göstərir, Azərbaycan isə 2023-cü ilin iyulunda Slovakiyada səfirlik təsis edib. Lakin Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu 2009-cu ilin aprelindən fəaliyyət göstərir. Bu tarixi mərhələlər iki ölkə arasındakı diplomatik əlaqələrin möhkəm və davamlı olduğunu göstərməklə yanaşı, strateji əməkdaşlıq üçün də əlverişli zəmin yaradır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri çərçivəsində müzakirə olunan məsələlər, səsləndirilən fikirlər Azərbaycan-Slovakiya münasibətlərinin gələcəyi barədə aydın təsəvvür yaradır. “Sizi Slovakiyada, Bratislavada qəbul etmək böyük şərəfdir. Slovakiyaya səfər etmək qərarınız bizi çox şərəfləndirdi” söyləyən Slovakiya Prezidenti Peter Pelleqrini  onu da vurğuladı ki, bu, Slovakiya Respublikasının tarixində Azərbaycan Prezidentinin ilk rəsmi səfəridir. Hətta 20 il əvvəl Slovakiyaya səfər etməyinizə baxmayaraq, o, rəsmi səfər deyildi. Ola bilsin, o, konfrans və ya digər tədbir ilə bağlı idi. Çox minnətdaram ki,  hökumət üzvlərindən ibarət bu cür geniştərkibli nümayəndə heyəti ilə gəlmisiniz. Çünki fikrimizcə, bu səfər güclü siqnal verməlidir.  Əlaqələrimiz sadəcə dostluq əlaqələri deyil, onların hələ də böyük inkişaf potensialı var.
Qeyd edək ki, ötən il Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində  imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətləri yeni səviyyəyə qaldırdı. İki ölkə arasında siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyən bu sənəd Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifənin açıldığını və  birgə yolun çox uğurlu olacağına əminliyi ifadə edir. Strateji Tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr hər iki ölkənin  niyyətini əks etdirir, eyni zamanda, əməkdaşlığın perspektivlərini  müəyyən edir.
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin  Slovakiyaya rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addım kimi qiymətləndirilir. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə hədəflənib. Prezident İlham Əliyevin  geniş tərkibdə görüşdə qeyd etdiyi kimi, əlaqələr bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən il  əlaqələrimizi ən yüksək səviyyəyə qaldırmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni imzaladıq. Həmçinin  Baş nazirin müavini və müdafiə naziri  Kalinyaka ötən ay ölkəmizdə keçirilən hərbi paradda iştirak etdiyinə görə  minnətdarlığını bildirən dövlətimizin başçısı İlham Əliyev onu da vurğuladı ki, biz bunu aramızda güclü dostluq əlaməti hesab edirik. Son illər ərzində münasibətlərimiz yüksək dərəcədə inkişaf edib və bir çox sahələri əhatə edir.
Milli Məclisin deputatı Slovakiya-Azərbaycan əməkdaşlığının regionun inkişafına töhfələrindən də geniş bəhs edib. Vurğulayıb ki, iqtisadi əməkdaşlıq Slovakiya-Azərbaycan münasibətlərində əsas istiqamətlərdən biridir. İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası 2024-cü ilin sentyabrında Bakıda keçirilib. Bu isə iqtisadi dialoqun rəsmi mexanizmlər çərçivəsində davam etməsinin göstəricisidir. Konkret layihələr də əməkdaşlığın real nəticələrini göstərir. 2025-ci ilin sentyabrında Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti “Concago j.s.a” və onun yerli tərəfdaşı “IMA ENERGY MMC” tərəfindən fərdi evlərin tikintisi üzrə müqavilə imzalanıb və işlər artıq başlanıb. Bu layihə yalnız infrastrukturun yenilənməsinə deyil, həm də regionun sosial-iqtisadi inkişafına töhfə verəcək. Azərbaycan və Slovakiya prezidentlərinin həm təkbətək və geniş tərkibdə görüşlərində, həm də mətbuata birgə bəyanatlarında əsas diqqət göstərilən məsələlərdən biri təbii ki, iqtisadi əməkdaşlıq oldu. Slovakiya Prezidentinin “Azərbaycan Slovakiyada aparıcı rol oynaya bilər. Söhbət bizim enerji təchizatının şaxələndirilməsindən gedir. Biz, əlbəttə, bilməliyik ki, uzunmüddətli perspektivdə Azərbaycan bizim üçün strateji tərəfdaş ola bilər. Bizim heyətlər danışıqları davam etdirəcəklər ki, bu, Slovakiya üçün də məqbul bir anlaşma olsun və biz də Azərbaycanın resurslarından istifadə edə bilək” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev qeyd etdi ki, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaq. Hazırda ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir. Bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur.
Millət vəkili əməkdaşlıqda perspektiv sahə olan müdafiə sənayesinə də diqqəti yönəldib. Dövlətimizin başçısı əməkdaşlıqda bu sahəyə yönələn diqqəti belə əsaslandırdı ki,  bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də  bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq.
O da məlumdur ki, bu ilin noyabrında dövlət başçısı İlham Əliyev Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Kalinak iki ölkə arasında hərbi, strateji əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, bu, həm də regional təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivlərinin açılmasına işarədir.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan, eyni zamanda, həyata keçirdiyi enerji və nəqliyyat layihələri ilə  ölkələr arasında dostluq əlaqələrini daha da möhkəmləndirir. Prezident İlham Əliyev mətbuata bəyanatında diqqəti bu məsələyə yönəldərək bildirdi ki, infrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Azərbaycan  Orta Dəhliz layihəsində fəal iştirak edir. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir. Gələcək illərdə ölkəmiz  nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq  öz imkanlarını genişləndirəcək. Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahə diqqətdən kənarda qalmır.  Çünki bunun çox böyük potensialı vardır.
Vüqar Rəhimzadə hazırkı dövrün əsas çağırışlarından olan yeni texnologiyaların inkişafına, bu sahədə əməkdaşlığın qurulmasının önəminə diqqəti yönəldib. Səfər çərçivəsində informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında müzakirələr aparıldı. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqamı xüsusi qeyd etdi ki, burada Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki, iqlim də burada önəmli amildir. Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik.
Avropa İttifaqı kontekstində Slovakiya-Azərbaycan əməkdaşlığına gəldikdə isə Milli Məclisin deputatı qeyd edib ki,  Azərbaycan üçün Avropa İttifaqı (Aİ) artıq uzun illərdir əsas ticarət tərəfdaşıdır və son illərdə bu əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı isə yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir. Ölkəmizin xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükü Avropanın enerji şaxələndirilməsi baxımından vacib alternativ mənbə hesab olunur. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir.
Vüqar Rəhimzadə səfər çərçivəsində diqqət göstərilən əsas məsələlərdən biri kimi Azərbaycanla Ermənistan arasında bu ilin avqust ayında dövlət başçısı İlham Əliyevin ABŞ-a səfəri zamanı  sülh razılaşmasından da bəhs edib. Vaşinqton razılaşması çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması regionda investisiya və iqtisadi inkişaf üçün əlverişli şərait yaradıb. Bu, Azərbaycanın Aİ ilə əməkdaşlığını yalnız enerji ixracı ilə məhdudlaşdırmır, eyni zamanda, regionun bərpası və sabitliyi, eləcə də geniş infrastruktur və nəqliyyat layihələri üçün strateji imkanlar açır. “Mən slovak xalqı adından cənab Prezidenti və Azərbaycan Respublikasını təbrik etmək istərdim. Çünki uzun illərdən sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi paraflanmışdır” söyləyən Slovakiya Prezidenti Peter Pelleqrini vurğuladı ki, Azərbaycan bu gün sülh şəraitində yaşayır və onun vətəndaşları, cəmiyyət diqqəti ölkənin inkişaf etdirilməsinə yönəldib. Artıq diqqət postmüharibə dövrünə yönəldilib.
Milli Məclisin deputatı ümumiləşdirilmiş şəkildə bildirib ki, Azərbaycan və Slovakiya dost ölkələrdir. Tərəflər əlaqələrin bütün istiqamətlərdə uğurlu inkişafında maraqlıdırlar və bunu atdıqları addımları ilə təsdiqləyirlər. Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş kimi qəbul edir. Azərbaycan Cənubi Qafqazda ən böyük iqtisadiyyata malik ölkədir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Dekabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2005

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see222

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see194

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see182

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see181

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see133

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri