Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir

Vüqar Rəhimzadə: Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunmuş ərazilərə səfər etmələri, cənab Prezidentin bu məkanlardan verdiyi mesajlar  hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından sonra azad edilmiş bütün torpaqlarımızda üçrəngli Bayrağımızın dalğalanması ilə Ulu Öndərin arzusu reallığa çevrildi. Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə qeyd etdiyi kimi, biz - bu torpaqların sahibləri nəinki bu torpaqları düşmən əlindən döyüşərək, şəhidlər verərək aldıq, eyni zamanda, bu torpaqları canlandırdıq.
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə, 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə  tanış oldular, Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdülər. Prezident İlham Əliyev, həmçinin Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak etdi. Bir səfər çərçivəsində  görülən işlər  ümumilikdə azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq tədbirlərinin nə qədər genişmiqyaslı olduğunu nümayiş etdirir. Qeyd edək ki, Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində artıq 9 şəhər sakinlərinə qovuşub. May ayının 10-da, Ümummilli Liderin doğum günündə növbəti ünvana - Zəngilana qayıdış həyata keçirildi. Zəngilan rayonunun Ağalı kəndi azad edilmiş ərazilərimizdə həyata keçirilən  təkmil təcrübə - “ağıllı şəhər” və “ağıllı kənd” strategiyası əsasında bərpa edilən,  həmçinin sakinlərinə qovuşan ilk yaşayış məntəqəsidir. Amma bu məqamı qeyd etməliyik ki, Böyük Qayıdış Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ilə başlayıb.  Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə həyata keçirilmiş Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 20-dən çox yaşayış məntəqəsi   ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdi. Lakin Lələtəpə yüksəkliyinin erməni işğalçılarının nəzarətində olması kənd sakinlərinin Cocuq Mərcanlıya  qayıtmasını mümkünsüz edirdi. 2016-cı ilin Aprel döyüşlərində  rayonun Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən və bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraiti təmin olunduqdan sonra Prezident İlham Əliyevin tapşırığı ilə burada müasir qəsəbə salınıb və yerli sakinlərin geri qayıtması təmin olunub. O da məlumdur ki, Cəbrayıl rayonu 44 günlük İkinci Qarabağ müharibəsində ilk azad edilən rayon oldu. Dövlətimizin başçısı İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşündə bu çağırışı etdi: “İndi Cəbrayıl rayonunda bir neçə min insan yaşayır. İlk növbədə, Cəbrayıl şəhərində, - şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil, - ondan sonra Horovlu kəndində, Cocuq Mərcanlıda. Aprel döyüşlərindən sonra biz o kəndi yenidən qurduq. Ən çox insanlar burada yaşayacaq, hələlik 635 ev. Amma mənə verilən məlumata görə, köçmək, qayıtmaq istəyənlərin sayı daha çoxdur, təqribən 900-dən çoxdur. Ona görə kəndin ikinci mərhələsini də biz nəzərdə tuturuq.”
Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak etdi, “Zangilan City Park Hotel”in təməlini qoydu. Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim etdi. Prezident İlham Əliyev istər Cəbrayıl, istərsə də Zəngilan rayon sakinləri ilə görüşündə 30 illik işğal dövrünün reallıqlarından geniş bəhs edərək ərazilərimizin tamamilə dağıdıldığını, yerlə-yeksan edildiyini əsaslı şəkildə diqqətə çatdırdı. Azərbaycan xalqı tarixi Zəfərimizdən ötən beş ildən artıq dövrdə bu əraziləri qurub yaradır, soydaşlarımızın yaşayışı üçün bütün zəruri işlərin görülməsinə səy göstərir. Azərbaycanın təkmil dirçəliş modeli, bu torpaqlarda tətbiq etdiyi müasir idarəçilik sistemi beynəlxalq səviyyədə təqdir edilir. Azərbaycan brendi sırasına “ağıllı şəhər” və “ağıllı kənd” layihəsi də daxil edildi. Bütün azad edilmiş şəhər və kəndlərimiz Baş Plan əsasında müasir tələblər səviyyəsində qurulur. Bütün yeniliklər tətbiq edilir. Əhalinin məşğulluğunun təmin edilməsi əsas prioritetlər sırasındadır.
Dövlətimizin başçısı İlham Əliyev qeyd etdiyimiz görüşlərdə hər bir rayonun malik olduğu iqtisadi imkanlardan, onların əsasında görülən işlərdən, yaradılan şəraitdən geniş bəhs etdi. Cəbrayıl rayonunda  “Araz Vadisi” Sənaye Zonası fəaliyyət göstərir. Azad edilmiş ərazilərdə  cəmi iki sənaye zonası nəzərdə tutulub -  Ağdamda və Cəbrayılda. Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacağını bildirən Prezident İlham Əliyev onu da əlavə etdi ki, Cəbrayılda  ən böyük Günəş elektrik stansiyaları inşa edilir. Artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su elektrik stansiyaları işə salınıb, təqribən bir-iki il ərzində bu bölgənin Günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq. Bu, ölkə üçün, məşğulluq üçün çox böyük xeyir gətirəcək. Azad edilmiş bütün bu ərazilər ölkəmizin başqa əraziləri ilə  yollarla, hava limanları ilə, elektrik və su xətləri ilə bağlanır.
Vüqar Rəhimzadə qeyd edib ki, Zəngilan rayonuna gəldikdə Qarabağda və Şərqi Zəngəzurda beynəlxalq status qazanan üç hava limanından biri bu ərazidədir. Zəngilan şəhərinin  Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi bu torpaqda görülən işlərin beynəlxalq ictimaiyyətə təqdimatında əhəmiyyətli rol oynadı. Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Bu,  Zəngilanı nəinki Azərbaycanın, ümumilikdə regionun nəqliyyat mərkəzlərindən birinə çevrilməsini şərtləndirir. Azad edilmiş ərazilərdə birinci kənd təsərrüfatı müəssisəsi – “Dost Aqropark” məhz Zəngilanda yaradılıb. Qeyd edək ki, 2022-ci ilin oktyabr ayında   Azərbaycan və Türkiyə Prezidentləri Zəngilan Beynəlxalq Hava Limanı ilə yanaşı, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak etmişdilər.
Dövlətimizin başçısı İlham Əliyev Zəngilan sakinləri ilə görüşündə 30 illik işğal dövrünün reallıqları ilə bugünümüzü müqayisəli təhlil edərək bir daha bildirdi ki, 30 il  Zəngilan onların əlində idi. Əgər bu, onların torpağı idisə,  daşı-daş üstə qoyardılar.  Zəngilanın o dağılmış məscidini  konservasiya etmişik, orada da kiçik bir fotosərgi təşkil etmişik ki, heç kim unutmasın  onlar bizim dini-tarixi abidələrimizi nə günə salmışdılar. Bu, onların idisə, tikib qurardılar. Cəmi beş il keçib, təkcə Zəngilan yox, görün, hər yerdə quruculuq işləri aparılır. Yollar, körpülər, elektrik stansiyaları, su anbarları, köçkünlər üçün evlər, məktəblər tikilir. Bax, sahiblər belə edər. Talançı, işğalçı isə gələr sökər, dağıdar. Amma nə qədər söksələr də, yenə də iradəmizi qıra bilmədilər. Biz qayıtmalı idik və qayıtmışıq bu torpaqların sahibləri kimi. İndi də qurub-yaradırıq.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin  hər iki görüşdəki çıxışı mühüm mesajlarla diqqətdədir və hazırda dünya mətbuatında geniş şərh edilir. Dövlətimizin başçısının elə bir çıxışı yoxdur ki, 1992-ci ildə  bilavasitə münaqişənin  nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılan, hazırda isə tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən bəhs etməsin. Bu qurum, onun həmsədr ölkələri fəaliyyətlərini  Ermənistana dəstək missiyasını yerinə yetirmək kimi başa düşərək bütün addımları bir məqsədə-Qarabağ münaqişəsinin dondurulmasına yönəltmişdilər. Hər zaman bu məqamı xüsusi qeyd edirik ki, həmin ölkələr həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu xatırlatma ona görə dönə-dönə edilir ki, onlar Qarabağla bağlı  4 qətnamənin hazırlanmasında və qəbulunda iştirak ediblər. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasının, eyni zamanda,  Ermənistan silahlı birləşmələrinin  bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyinin əksini tapdığı həmin qətnamələrin qəbulunda iştirak edən dövlətlər reallıqda  tamamilə fərqli yanaşma nümayiş etdirdilər. İkili standartlara əsaslanan siyasətin yaratdığı problemləri Azərbaycan istər keçmiş Qarabağ münaqişəsinin həllində, istərsə də postmünaqişə dövründə özünə qarşı daha aydın şəkildə görür. Dövlətimizin başçısı İlham Əliyev Zəngilan sakinləri ilə görüşündə bir daha bu reallıqlara diqqəti yönəltdi. “İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi” söyləyən Prezident İlham Əliyev bildirdi ki, halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər. Dövlətimizin  başçısı onu da vurğuladı ki, qısa müddət ərzində bizim qədər tam, mütləq, birmənalı qələbə qazanan ikinci ölkə olmamışdır. Özü də biz bu müharibəni Ermənistandan fərqli olaraq bütün beynəlxalq humanitar normalara uyğun aparmışıq, Onlar bizim şəhərlərimizi, kəndlərimizi “İsgəndər-M”, “Skad” və digər ballistik uzaqmənzilli raketlərlə vururdular. Mülki əhaliyə qarşı həm Birinci Qarabağ, həm İkinci Qarabağ müharibəsində müharibə aparırdılar. Biz isə ermənilərə mənsub olan bir dənə də mülki obyekti dağıtmamışdıq.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan xalqı bunların qarşısında böyük iradə nümayiş etdirdi. Azərbaycan müstəqil dövlət kimi hər zaman siyasətində qətiyyəti ilə beynəlxalq aləmin diqqətindədir. Hər bir hədəfə doğru inamla addımlayan Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub-durmur. Ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti Azərbaycanın bütün uğurlarının əsasıdır. Bu gün sülh şəraitində yaşayırıq. Azərbaycanın dünyaya təqdim etdiyi sülh təcrübəsi bütün reallıqların, keçilən yolun təqdimatında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünyada həm qalib, həm müharibəni müharibə qanunlarına uyğun aparan, həm humanitar qaydalara riayət edən və qurub-yaradan xalq kimi tanınmağımız Azərbaycanın hörmətini artıran əsas səbəblərdəndir. Preziden İlham Əliyev çıxışında   Ermənistana  öz maraqları naminə dəstək funksiyasını yerinə yetirən bəzi dövlətlərə və onların liderlərinə də mesajlarını çatdırdı. Vurğuladı ki, biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər: “Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir.”
Millət vəkili bu ümumiləşdirməni aparıb ki, Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir. Ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana hazırda beynəlxalq dəstək göz qabağındadır. Şanlı Qələbəmiz qürur mənbəyimizdir.  Ölkəmizə hörmət, rəğbət, xoş münasibət daha da möhkəmlənir.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 May 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri