Icma.az
close
up
RU
Vurulan təyyarəyə Rusiya ərazisində eniş icazəsinin verilməməsi insanlıq əleyhinə olan cinayətdir DEPUTAT

Vurulan təyyarəyə Rusiya ərazisində eniş icazəsinin verilməməsi insanlıq əleyhinə olan cinayətdir DEPUTAT

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Vurulan təyyarəyə Rusiya ərazisində eniş icazəsinin verilməməsi insanlıq əleyhinə olan cinayətdir" - DEPUTAT

"Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına verdiyi müsahibədə 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirdi".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov bildirib.

Deputat qeyd edib ki, ilk öncə qeyd etməliyik ki, Azərbaycan Prezidenti Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə gedərkən yolda təyyarədə qəza barədə məlumat alan kimi dərhal Bakıya geri döndü və Bakı hava limanında operativ müşavirə keçirdi:

"Prezidentin göstərişi ilə Dövlət Komissiyası yaradıldı və hadisəni araşdırmaq üçün dərhal Azərbaycan xüsusi nümayəndə heyəti Aktau şəhərinə ezam edildi. Eyni zamanda, Prezidentin göstərişi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu cinayət işi açdı. Bütün bunlar bu böyük faciənin ağır nəticələrinin tezliklə aradan qaldırılması və bu hadisənin günahkarlarının cəzalandırılması istiqamətinə Azərbaycan Prezidentinin əzmini və iradəsini göstərdi.
Prezident İlham Əliyev müsahibəsində qəzanın ilkin səbəbi kimi Rusiya tərəfindən ortaya atılan quş dəstəsi ilə toqquşma və ya təyyarədəki qaz balonunun partlaması ilə bağlı versiyaların tamamilə cəfəng və absurt olduğunu və bunun Rusiya tərəfinin məsələni ört-basdır etmək cəhdindən başqa bir şey olmadığını açıq bir şəkildə bəyan etdi. Prezidentin qeyd etdiyi kimi, ortada olan təkzibedilməz fakt ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında yerdən açılan atəş nəticəsində xaricdən ciddi zədə alıb, radioelektron mübarizə vasitələri tərəfindən təyyarəmiz idarəolunmaz vəziyyətə salınıb və idarəetməni demək olar ki, itirib. Fuzelyajın dəlik-deşik olması, təyyarədə olan sərnişinlərin və ekipaj üzvlərinin qəlpə yaraları alması Azərbaycanın mülki təyyarəsinin Qroznı şəhəri yaxınlığında Rusiya tərəfindən vurulduğunu sübut edən tutarlı faktlardır. Öz günahını etiraf etmək, Azərbaycandan vaxtında üzr istəmək yerinə, ortada olan çoxsaylı təkzibedilməz faktları danmaq və müxtəlif cəfəng versiyalar irəli sürmək ağılsızlıq və vicdansızlıq olmaqla yanaşı, bütün dünya qarşısında özünü hörmətdən salmaq və etibarını itirməkdən başqa bir şey deyildir".

Deputat vurğulayıb ki, yerdən açılan atəş nəticəsində vurulan təyyarəyə yaxınlıqda yerləşən Minvod, Mahaçqala və digər hava limanlarına eniş icazəsi verməmək, idarəolunmaz vəziyyətdə olan təyyarəni dənizin üzəri ilə daha uzaq Aktauya istiqamətləndirmək, çox böyük ehtimal ki, təyyarənin Xəzərin o tayına gedib çata bilməyəcəyi və dənizə düşəcəyinə, törədilən cinayətin tamamilə ört-basdır ediləcəyinə hesablanmış daha böyük insanlıq əleyhinə olan cinayət əməlidir:

"Rusiyada vurulan təyyarəmiz məhz pilotların və ekipajın peşəkarlığı, göstərdikləri fədakarlıq və qəhrəmanlıq sayəsində Aktauda qəza enişi edə bildi. Nəticədə təyyarədəki 62 sərnişin və 5 ekipaj üzvündən 29 nəfərin həyatı xilas edildi, eyni zamanda təyyarənin Rusiyada vurulmasını sübut edən fuzelyajdakı qəlpə izləri kimi təkzibedilməz sübutlar ortaya çıxdı. Sağ qalan ekipaj üzləri və sərnişinlərin ifadələri də təyyarənin vurulduğunu təsdiq edir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə, qəzaya uğrayan təyyarənin pilotları Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və stüardessa Əliyeva Hökumə Cəlil qızı ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə, digər ekipaj üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edildilər.
Azərbaycan Prezidentinin iradəsi ilə qəzanın təfərrüatlarını tam şəkildə araşdırmaq üçün beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılıb. Bu işçi qrupda təyyarənin istehsalçı şirkəti – "Embraer"in, Braziliyanın müvafiq qurumlarının, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri təmsil olunub. "Qara qutu"lar açıldıqdan sonra hadisənin detalları və tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək.

Bu gün ortada Azərbaycanın mülki təyyarəsinin Rusiyada vurulması və nəticədə 38 nəfərin faciəli şəkildə həyatını itirməsi faktı var. Prezident İlham Əliyevin Rusiyadan tələbləri tam reallığı əks etdirir və ədalətlidir. Rusiya tərəfi öz günahını etiraf etməli və Azərbaycandan üzr istəməli, günahkarları cinayət məsuliyyətinə cəlb etməli və cəzalandırmalı, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu tələblər beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Ümid edirik ki, Rusiya tərəfi tezliklə reallığı və Azərbaycanın tələblərini qəbul edəcək. Vurulan təyyarəyə Rusiya ərazisində eniş icazəsinin verilməməsini isə Azərbaycan heç zaman unutmayacaq".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 30 Dekabr 2024 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri