Icma.az
close
up
RU
Vüsal Qasımlının rəhbəri olduğu mərkəz bağlana bilər

Vüsal Qasımlının rəhbəri olduğu mərkəz bağlana bilər

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Sahil Babayevin maliyyə naziri təyinatından sonra ayrı-ayrı qurumların uzun illərdən bəri büdcədən aldıqları vəsaitlər kəskin azaldılır.

Bir sıra dövlət qurumlarında və onların tabeçiliyində olan strukturlarda  neft pullarının “fontan vurduğu” dövrlərdə şişirdilmiş ştatlar ləğv olunur.

Bu, Sahil Babayevin ölkə başçısı qarşısında üzərinə götürdüyü əsas vəzifələrdən biridir.

Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, hətta bağlanmaq riski ilə üz-üzə qalan qurumlar da var.

Bunlardan biri də  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.

Qeyd olunur ki, Vüsal Qasımlının rəhbərlik etdiyi onlarla əməkdaşı olan Mərkəz gələn il fəaliyyətini dayandıra bilər.

Maliyyə Nazirliyinin hansı səbəbdən bu qurumu maliyyələşdirməkdən imtina edəcəyi deyilir.

Mənbə bildirir ki, Mərkəzin fəaliyyətinin hökuməti qane etmədiyi barədə iddialar var, amma bunu təsdiq edən faktlar ictimaiyyətə təqdim olunmayıb.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqəsdi ilə yaradılmışdı.

Qurumun profili ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqdır. Qurum analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlayır, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin edir, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində ölkənin nailiyyətlərinin təbliğini təşkil edir.
Mərkəzin Müşahidə Şurasının sədri Baş nazir Əli Əsədov, üzvləri isə Prezidentin, Birinci Vitse prezidentin köməkçiləri, maliyyə və iqtisadiyyat sektoru üzrə nazirlər, habelə Mərkəzi Bankın sədri və Dövlət Neft Fondunun icraçı direktorudur.

Mərkəz Prezidentin 2016-cı il, 20 aprel tarixli fərmanı ilə yaradılıb və hər il dövlət büdcəsindən milyonlarla manat vəsait alıb. Mənbə bildirir ki, qurumun bütün layihələrinin maddi baxımdan yüksək səviyyədə dəstəklənməsinə baxmayaraq ötən 9 ildə fəaliyyəti qənaətbəxş sayılmayıb. Bu nəticəni elə ölkə iqtisadiyyatında davam edən durğunluq və tənəzzüldən də çıxarmaq mümkündür. 2025-ci ildə Azərbaycanda ÜDB artımı 1.3 faiz ətrafında olacaq ki, bu da Cənubi Qafqaz ölkələri arasında ən aşağı göstəricidir. Habelə gələn il dövlət büdcəsi də cari ilin büdcəsi ilə müqayisədə demək olar ki, artmayıb. Müstəqil ekspertlər bunu hökumətin iqtisadi sektorunun yarıtmaz fəaliyyətinin nəticəsi sayırlar.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:332
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Noyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri