Icma.az
close
up
RU
Vüsalə Rafiqqızı: Qonşu ölkələrdə baş verən zəlzələlərin Azərbaycana təsiri yoxdur

Vüsalə Rafiqqızı: Qonşu ölkələrdə baş verən zəlzələlərin Azərbaycana təsiri yoxdur

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan, ümumiyyətlə, Cənubi Qafqaz regionu seysmik baxımdan aktiv zonadadır. Qardaş Türkiyə və cənub qonşumuz İran da seysmik bölgələrə daxildir. Bununla belə, hər bir seysmik zonanın özünəməxsus geotektonik və geodinamik şəraiti mövcuddur və qonşu ölkələrdə baş verən zəlzələlərin Azərbaycana təsiri bu amillərlə bağlıdır.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın Kamçatka bölgəsində baş verən zəlzələlərin ümumiyyətlə, Cənubi Qafqaz regionu ilə əlaqəsi yoxdur.

"Kamçatka seysmik baxımdan çox aktiv ərazidir. Orada güclü zəlzələlərdən sonra müəyyən müddət ərzində afterşoklar davam edir. Bu təkanlar əvvəlki qədər güclü olmasa da, müəyyən dərəcədə hiss oluna bilər. Hazırda Kamçatka ərazisində baş verən proseslər də bunu göstərir,” – deyə o bildirib.

Vüsalə Rafiqqızı əlavə edib ki, Türkiyə ərazisi də seysmik baxımdan aktiv zonadadır: "Orada bir sıra aktiv qırılma xətləri mövcuddur – bura həm Anadolu xətti, həm də Marmara dənizindən keçən xətlər daxildir. Bir müddət əvvəl Marmara dənizində maqnitudası 6-dan yuxarı olan zəlzələ baş vermişdi və bu, İstanbul da daxil olmaqla ətraf bölgələrdə hiss olunmuşdu. Son olara dünən Balıkəsirdə qeydə alınan güclü zəlzələ də bir çox ətraf ərazilərdə hiss edilib. Bu cür hadisələrdən sonra afterşokların davam etməsi təbiidir.”

RSXM rəsmisi vurğulayıb ki, nə Türkiyədə, nə də Rusiyada baş verən zəlzələlərin Azərbaycan ərazisindəki seysmik ocaqlarla hər hansı əlaqəsi yoxdur: "Həm məsafə, həm də dinamik şərait baxımından qonşu ölkələrdəki proseslərin bizə təsiri yoxdur. Lakin Azərbaycan özü də seysmik aktiv bölgələrdən biridir. Ölkə ərazisində vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı olan təkanlar qeydə alınır və bu haqda ictimaiyyətə mütəmadi olaraq məlumat verilir. Məsələn, bu yaxınlarda Göyçay ərazisində maqnitudası 4 olan zəlzələ baş vermişdi. Bunlar zəif və çox zaman hiss olunmayan təkanlardır.”

Proqnoz məsələsinə toxunan Vüsalə Rafiqqızı bir daha xatırladıb ki, zəlzələnin dəqiq proqnozu yoxdur: "Əgər bölgə aktivdirsə, orada vaxtaşırı zəif və ya hiss olunmayan zəlzələlər ola bilər. Heç kim bir mənalı şəkildə ‘zəlzələ olacaq’ və ya ‘olmayacaq’ deyə bilməz. Hazırda Azərbaycanda bu günə qədər qeydə alınan zəlzələlər 3–4 maqnitudalı zəif təkanlardır.”

Şöbə rəisi sonda bir daha vurğulayıb ki, qonşu ölkələrdə baş verən seysmik proseslərin Azərbaycana heç bir təsiri yoxdur.

Oksana Orucova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 Avqust 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see164

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see127

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri