Vyanada “Azərbaycan Avropa Neyroelmi Əməkdaşlıq Forumu” keçirilib
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Oktyabrın 17-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan–Avropa Neyroelmi Əməkdaşlıq Forumu” (Azerbaijan–Europe Neuroscience Collaboration Forum) adlı beynəlxalq elmi simpozium keçirilib.
Modern.az xəbər verir ki, “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyin və Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi dəstəyi və digər tərəfdaş qurumların iştirakı ilə təşkil olunan forum Azərbaycan və Avropanın müxtəlif ölkələrindən olan tanınmış nevroloqları, psixiatrları, tibb sahəsində çalışan alim və tədqiqatçıları bir araya gətirib.
Forumun əsas məqsədi nevrologiya və psixiatriya sahələrində aparılan elmi tədqiqatların beynəlxalq səviyyədə inkişaf etdirilməsi, Azərbaycan və Avropa alimləri arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması, birgə elmi layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi olub. Tədbiri giriş nitqi ilə açan Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova iştirakçıları salamlayaraq belə bir mötəbər elmi toplantının Mərkəzdə keçirilməsindən məmnunluğunu ifadə edib. L.Qasımova tibb və elm sahəsinin onun üçün hər zaman xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Mərkəzin ötən il də tibb mütəxəssislərinin görüşünə ev sahibliyi etdiyini qeyd edərək, elm və mədəniyyət arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Çıxışında qədim Roma şairi Yuvenalın “Sağlam bədəndə sağlam ruh” kəlamına istinad edən L.Qasımova həkimlərin insan sağlamlığının qorunmasına, mədəniyyət və incəsənət xadimlərinin isə insanın mənəvi dünyasının zənginləşdirilməsinə xidmət etdiklərini diqqətə çatdırıb.
O, bu iki istiqamətin bir-biri ilə sıx bağlı olduğunu bildirərək forumun yeni elmi təşəbbüslərə, konkret layihələrə və davamlı tərəfdaşlıqlara töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib. Daha sonra forumun elmi rəhbərləri – Kopenhagen Universitetinin professoru, miqren və başağrıları sahəsində beynəlxalq səviyyədə tanınmış mütəxəssis Məsud Aşina və “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyin Sədri Arzu Rüstəmova çıxış edərək tədbirin məqsədləri, beynəlxalq elmi əməkdaşlığın əhəmiyyəti və gələcək birgə tədqiqatların perspektivləri barədə fikirlərini bölüşüblər. Azərbaycanı təmsil edən tədqiqatçılar, o cümlədən İkram Rüstəmov, Nərmin Quliyeva, Ceyhun Məmmədzadə, Rimma İbadova, Ülviyyə Quliyeva, Sərxan Əmirquliyev, Səadət Bədəlova və Pərvin Allahyarova müvafiq istiqamətlər üzrə elmi layihə və tədqiqatlarını təqdim ediblər. Beynəlxalq elmi müzakirələrdə dünyanın bir çox ölkələrindən elm adamları iştirak edib. Müzakirələrdə prof.
Məsud Aşina (Danimarka), prof. Simona Sakko (İtaliya), prof. Svetlana Qataullina (Fransa), prof. Raynhold Kerbl (Avstriya), prof. Olivye Dülak (Fransa), prof. Nahit Motavalli (Türkiyə), prof. Andrea Quzzetta (İtaliya) və dos. Pol Matusz (İsveçrə) iştirak edərək təqdim olunan tədqiqatlar ətrafında fikir mübadiləsi aparıblar, elmi metodologiya və beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı tövsiyələrini bölüşüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 20 Oktyabr 2026 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















