Icma.az
close
up
RU
Vyanada COP29 un energetika təşəbbüsləri müzakirə olunub

Vyanada COP29 un energetika təşəbbüsləri müzakirə olunub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

COP29-un sədrliyi Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə əməkdaşlıq şəraitində Vyana Beynəlxalq Mərkəzində “COP29-un energetika təşəbbüsləri və öhdəlikləri: tərəqqi və növbəti addımlar” mövzusunda hibrid konfrans keçirib.

COP29-un sədrliyindən AZƏRTAC-a bildirilib ki, tədbir iqlim və enerji ilə bağlı beynəlxalq əlaqələrdə davamlılığın təşviqi və COP30-a dəstək və hərəkətlərin səfərbər edilməsi yolu ilə COP29-un impulsunu artırmaq məqsədi daşıyırdı.

Konfrans Vyanadakı diplomatik nümayəndəliklərin, hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, özəl sektorun və vətəndaş cəmiyyətinin şəxsi və virtual iştirakçılarını bir araya gətirib.

Tədbirin məqsədi qlobal energetika təşəbbüslərində geniş iştirakın təşviqi, çoxtərəfli dialoqun gücləndirilməsi və dayanıqlı enerji sistemlərinə keçidin sürətləndirilməsi istiqamətində növbəti addımların konseptuallaşdırılması olub.

Konfransı UNIDO-nun iqlim və texnologiya tərəfdaşlıqları üzrə baş texniki məsləhətçisi Hen Lyu açıb. O, həm də tədbirin moderatoru olub.

Konfransda UNIDO Baş direktorunun müavini və Qlobal tərəfdaşlıqlar və xarici əlaqələr şöbəsinin icraçı direktoru Fatu Haydara, Azərbaycanın Avstriyadakı səfiri və ölkəmizin UNIDO yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli çıxış ediblər.

Daha sonra UNIDO-nun Enerji və iqlim üzrə fəaliyyət şöbəsinin rəhbəri Rana Qoneym, COP29-un Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədrləri Elmar Məmmədov və Jalə İbrahimova, qrupun üzvü Lalə Mehdiyeva və Azərbaycan Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Əşrəf Şıxəliyev COP29-da energetika təşəbbüsləri ilə bağlı birgə təqdimatla çıxış ediblər.

Vyanada konfransın açılış gününə olan məlumata görə, “Yaşıl enerji zonaları və dəhlizlər üzrə öhdəlik” COP29-da 57 tərəf və 9 qeyri-tərəf ölkə tərəfindən təsdiq edilib.

“Hidrogen Bəyannaməsi” 63 tərəf və 15 qeyri-tərəf ölkə, “Enerji saxlama və şəbəkə öhdəliyi” isə COP29-da 65 tərəf və 42 tərəf olmayan ölkə tərəfindən təsdiqlənib. Eyni zamanda, bütün öhdəliklər təsdiq üçün açıq qalır, tərəf olmayan ölkələr və maraqlı tərəflər [email protected], [email protected] və [email protected] e-poçt ünvanlarına məktub, yaxud verbal nota göndərərək öz dəstəklərini ifadə edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri