Icma.az
close
up
RU
Vyanada Orta Dəhlizin intermodal yükdaşımaların asanlaşdırılmasında rolu müzakirə olunub

Vyanada Orta Dəhlizin intermodal yükdaşımaların asanlaşdırılmasında rolu müzakirə olunub

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Avstriyanın paytaxtı Vyanada Avstriya-Azərbaycan hökumətlərarası komissiyanın iclası çərçivəsində təşkil edilmiş biznes forumda Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) artan əhəmiyyəti müzakirə edilib.

Avtosfer.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları"QSC-nin törəmə müəssisəsi olan "ADY Ekpress" MMC-nin Baş əməliyyat inzibatçısı Rəşad Məcidov "LinkedIn"də yazıb.

Avropa və Cənub-Şərqi Asiya ölkələri arasında intermodal yükdaşımaların asanlaşdırılmasında Orta Dəhlizin rolu müzakirə edilib. ADY və Avstriya Dəmir Yolları rəhbərliyi arasında son dövrlərdə keçirilən çoxsaylı görüşlər nəticəsində yaranmış ikitərəfli tərəfdaşlıq əlaqələrinin dəhlizin ümumilikdə inkişafına verdiyi müsbət dinamikanı forum iştirakçılarının diqqətinə çatdırıb.

"Biznes forumda Azərbaycanda dəmir yolları sahəsində həyata keçirilən infrastruktur layihələri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçən seqmentlərinin gücləndirilməsi və ötürücülük imkanlarının bu dəhlizlərlə sinxronlaşdırılması istiqamətində görülən işlər barədə Avstriyanın dövlət qurumlarının və biznes ictimaiyyətinin nümayəndələrinə məlumat verilib", - "ADY Ekpress" bildirir.

Qeyd edək ki, TBNM Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çindən Avropaya qədər uzanan beynəlxalq marşrutdur. O, xüsusən qlobal geosiyasi dəyişikliklər və logistika zəncirlərinin yenidən istiqamətləndirilməsi kontekstində ənənəvi nəqliyyat marşrutlarına alternativ kimi nəzərdən keçirilir.

2024-cü ildə TBNM üzrə yük daşımaları həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu göstəricinin 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrut iştirakçısı olan ölkələr xətti ilə keçəcək. Bu həcmdən 2,5 milyon ton quru yüklər (96 min TEU ekvivalenti), 1,7 milyon ton isə neft təşkil edəcək.

Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün dayanıqlı zəmin yaradacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 İyun 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri