Whatsapp da faydalı YENİLİK: bu funksiya internetsiz işləyəcək
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“WhatsApp” istifadəçilərə mesajları diktə etməyə və onları mətn şəklində göndərməyə imkan verən bir funksiyanı təqdim edəcək.
Modern.az xəbər verir ki, istifadəçilər səs yazısı göndərmək əvəzinə, səslərini mətn mesajına çevirib göndərə biləcəklər. Bu funksiyanın yerli olaraq yüklənmiş dil paketi vasitəsilə oflayn rejimdə işləməsi gözlənilir. Bu da istifadəçilərə hətta aktiv internet bağlantısı olmadan belə mesajları diktə etməyə imkan verəcək.
“WhatsApp” əvvəllər qəbul edilmiş səsli mesajların mətnə çevrilməsi üçün mövcud olan dil paketlərinin genişləndirilməsini elan etmişdi. Alman, fransız, italyan və yapon dilləri, eləcə də ingilis dilinin əlavə variantları üçün dəstək əlavə edilib.
Yeni funksiya istifadəçilərə klaviaturada yazmaq əvəzinə, şifahi şəkildə ifadə edərək mətn mesajları göndərməyə imkan verəcək.
“WhatsApp” yeni düyməni birbaşa çat panelində yerləşdirməyi planlaşdırır. Lakin funksiya istifadəyə verilənə qədər bu yerləşdirmə dəyişə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 21 Sentyabr 2026 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















