Icma.az
close
up
RU
“Whatsapp” hesabı oğurlananlar nə etməlidir?

“Whatsapp” hesabı oğurlananlar nə etməlidir?

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Bir neçə gündür ki, Azərbaycanda “whatsapp” istifadəçilərinin hesablarının oğurlanması ilə bağlı məlumatlar yayılmaqdadır.

Artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) bununla bağlı vətəndaşlara müraciət edib.

Bəs oğurluq halları nədən qaynaqlanır, bu cür problemlə üzləşənlər nə etməlidir?

BAKU.WS xəbər verir ki, Report mövzunu "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasovla müzakirə edib.

Onun sözlərinə görə, problem beynəlxalq GSM operatorlarından birindəki boşluqdan qaynaqlanır: “Bir neçə həftədir ki, Azərbaycanda “whatsapp” profillərinin oğurlanması ilə bağlı ETX araşdırmalar aparır və onun nəticəsi göstərir ki, problem qlobal səviyyədədir. Belə ki, fırıldaqçılar beynəlxalq GSM operatorlarının sisteminə sızaraq “whatsapp” hesabının bir cihazdan başqasına köçürülməsi zamanı tələb edilən 6 rəqəmli OTP kodu ələ keçirə bilirlər. Çox güman ki, hansısa operatorda boşluq tapılıb, nəticədə Azərbaycandakı istifadəçilərə zərər vurulub. Yəni SMS kod gəlib Azərbaycanın mobil operatorunun istifadəçisinə çatmamış yolda oğurlanır. Deməli, bu problem sadəcə Azərbaycandadır demək doğru deyil. Demək olar ki, Azərbaycanla əlaqəsi yoxdur. Amma, təəssüf ki, “whatsapp” profillərinin kütləvi şəkildə oğurlanması Azərbaycanda da baş verir”.

Ekspert hesab edir ki, bu problemi Azərbaycan daxilində həl etmək real deyil: “Təəssüf ki, bu problemin qaynağı Azərbaycanda olmadığı üçün onun ölkəmizdə həlli real görünmür. Çünki “Meta”dan çıxan 6 rəqəmli OTP aktivləşdirmə kodu Azərbaycana çatmadan oğurlanır. Buna görə də ETX vətəndaşlara tövsiyə edir ki, ikili təsdiqləməni ("two-step verification") aktivləşdirək. Sual oluna bilər ki, Bu bizə nə verəcək? Belə aktivləşmə olduğu halda “whatsapp” profilimiz oğurlansa da, oğurlayan şəxslər mesajlaşma proqramını açmayacaq. Çünki mesajı oxumağa cəhd etdikdə ikilik təhlükəsizlik kodu, yəni 6 rəqəmli şifrə soruşulacaq. Dələduzlar da bu kodu bilmədikləri üçün bizim oğurlanan “whatsapp” hesabımızdakı mesajlar onlar üçün əlçatan olmayacaq”.

Onun sözlərinə görə, indiyə qədər dünyada bu kimi kiberhücumların qarşısını almaq mümkün olmayıb: “Bu məsələ beynəlxalq miqyasda həll olunmalıdır və həlli istiqamətində işlər görülür. Bir daha qeyd edirəm ki, indiki halda ikili təsdiq kodunun aktivləşdirilməsi mütləqdir və bu, bizim təhlükəsizliyimiz üçün yeganə üsuldur. Nəzərinizə çatdırım ki, bu hallar əvvəlki illərdə baş verib və qısa bir müddətdə qarşısı alınıb. Amma bu dəfəki situasiya bir qədər fərqlidir və qlobal şəkildə həll edilməlidir. Hakerlər “whatsapp” hesablarının digər cihaza köçürülməsi üçün telefonlara random şəkildə sorğular göndərir və tələyə düşən istifadəçilərin hesabları oğurlanır. Yəni oğurlanan “whatsapp” profilləri xüsusi seçilmir, proses təsadüfi seçim əsasında baş verir. Oğurlana profillərin geri qaytarılması üçün yeganə yol “whatsapp”ın özünün dəstək mərkəzinə yazmaqdır ki, belə müraciətlər də adətən 1 həftə ərzində cavablandırılır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Aprel 2026 06:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri