“Whatsapp” istifadəçilərinə XƏBƏRDARLIQ: Bunu etməsiniz, hesabınıza daxil ola bilərlər
Icma.az bildirir, Bizim media portalına istinadən.
Son günlər "WhatsApp” istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdlərində artım müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, kiberdələduzlar bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli linklər vasitəsilə istifadəçiləri aldadaraq, SMS-lə gələn təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar.
Bu kod paylaşdığı halda, onun "WhatsApp” hesabı ələ keçirilir. Daha sonra kiberdələduzlar həmin hesabdan istifadə edərək, şəxsin yaxınlarına saxta mesajlar göndərir, onların maliyyə və şəxsi məlumatlarını ələ keçirməyə cəhd göstərirlər.
Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara "WhatsApp” hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:
- Tanımadığınız nömrələrdən gələn linkləri açmayın.
- Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin.
- OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin.
- Tətbiq ayarlarında ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirin.
- Şübhəli hallarla rastlaşdıqda tətbiqin dəstək xidmətinə müraciət edin.
- Profil məlumatlarını (son görülmə, profil fotosu, status və s.) yalnız kontaktlarınıza görünəcək şəkildə məhdudlaşdırın.
- Yaxınlarınızı, xüsusilə yaşlı və texnologiyadan az istifadə edən şəxsləri belə dələduzluqlar barədə məlumatlandırın.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 Noyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















