“WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
“WhatsApp”da mesajların mətnini "spoyler" altında gizlətməyə imkan verən yeni funksiya istifadəyə verilməyə hazırlanır.
Demokrat.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "TestFlight" vasitəsilə tətbiqin iOS üçün nəzərdə tutulmuş son sınaq versiyasında sözügedən seçimi aşkar edən "WABetaInfo" (WBI) portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, istifadəçilər ayrı-ayrı sözləri və ya bütün mesajı gizlədə biləcəklər. Bu prosedurdan sonra mətn boz rəngli zolaqla örtüləcək. Məzmunu görmək üçün qəbul edən şəxs gizli sahənin üzərinə sıxmalı olacaq. Analoji funksiya 2021-ci ilin sonundan etibarən "Telegram"da mövcuddur.
“WhatsApp”da bu seçim formatlaşdırma menyusunda qalın, kursiv və üstü cızılmış yazı alətlərinin yanında görünəcək. Həmçinin sintaktik üsul da nəzərdə tutulub: mətni gizlətmək üçün lazımi fraqmentin əvvəlinə və sonuna qoşa şaquli xətt əlavə etmək kifayətdir.
Qeyd olunur ki, seçim hələ hazırlıq mərhələsindədir və hətta beta-testerlər üçün də əlçatan deyil. Şəkillər və digər mesaj növləri üçün (“Telegram”da olduğu kimi) spoyler dəstəyinin olub-olmayacağı barədə hələlik məlumat yoxdur.
Mətni spoyler altında gizlətmək imkanının “WhatsApp”ın rəsmi versiyasında nə zaman görünəcəyi açıqlanmır.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Demokrat.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "TestFlight" vasitəsilə tətbiqin iOS üçün nəzərdə tutulmuş son sınaq versiyasında sözügedən seçimi aşkar edən "WABetaInfo" (WBI) portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, istifadəçilər ayrı-ayrı sözləri və ya bütün mesajı gizlədə biləcəklər. Bu prosedurdan sonra mətn boz rəngli zolaqla örtüləcək. Məzmunu görmək üçün qəbul edən şəxs gizli sahənin üzərinə sıxmalı olacaq. Analoji funksiya 2021-ci ilin sonundan etibarən "Telegram"da mövcuddur.
“WhatsApp”da bu seçim formatlaşdırma menyusunda qalın, kursiv və üstü cızılmış yazı alətlərinin yanında görünəcək. Həmçinin sintaktik üsul da nəzərdə tutulub: mətni gizlətmək üçün lazımi fraqmentin əvvəlinə və sonuna qoşa şaquli xətt əlavə etmək kifayətdir.
Qeyd olunur ki, seçim hələ hazırlıq mərhələsindədir və hətta beta-testerlər üçün də əlçatan deyil. Şəkillər və digər mesaj növləri üçün (“Telegram”da olduğu kimi) spoyler dəstəyinin olub-olmayacağı barədə hələlik məlumat yoxdur.
Mətni spoyler altında gizlətmək imkanının “WhatsApp”ın rəsmi versiyasında nə zaman görünəcəyi açıqlanmır.
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Rusiyalılar “Whatsapp” və “Telegram”ın əvəzedicisini tapıblar
14 Avqust 2025 10:27
Krımda Telegram və WhatsApp ın fəaliyyəti məhdudlaşdırıldı
30 Oktyabr 2025 16:04
Durov WhatsApp ı Telegram ın ucuz təqlidi adlandırdı
19 Mart 2025 22:13
Roskomnadzor Rusiyada WhatsApp və Telegram ın bloklandığını təsdiqləyib
22 Oktyabr 2025 15:58
Telegram və WhatsApp bloklandı
30 Oktyabr 2025 15:49
Baxış sayı:133
Bu xəbər 21 Fevral 2026 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















